Sevib Sevilməyənlərə.

30 Aralık 2014
4 688
0
Sevib Sevilməyənlərə.
Sevib Sevilməyənlərə.

Özümü bilmədiyim bir sona hazırlayıram... Bütün dəliliklərim buna görədir...Qorxuram-nədən qorxduğumu bilmədən... Həsrət çəkirəm- nəyə həsrətəm bilmədən...Darıxıram... Bax beləcə həyatdır mənimki...
Tək başına bütün xoşbəxtliklərdən, ümidlərdən uzaq... Elə hey bir şeylərdən qaçıram...Arxama belə baxmadan, qaçıb uzaqlaşmaq istəyirəm...
Sənsiz keçən illərim var idi...Heç nə incitməmişdi məni bu qədər...Yenə yalnız, yenə ümidsiz, yenə çarəsiz....Kim idin sən?Kim olduğunu bilmədiyim halda qaçırdım səndən... Yaşamadan anlamaq o qədər çətindir ki...Və sən çıxdın qarşıma yenidən...
İlk günlərdə xoşbəxt idim mən də... Qarşıma çıxan hər
kəslə bölüşürdüm xoşbəxtliyimi...Ancaq yavaş-yavaş anladım sənin üçün heç bir şey ifadə etmədiyimi...
Və başlamalıydı artıq mübarizəm... Səndən əl çəkməli idim... Çətin olsa belə...Gecələr- gündüzlər ağladım, ancaq bacara bilmədim səndən bir addım belə uzaqlaşmağı...
Həmişə qorxardım sənin başqasına aşiq olacağından...
Və gördüm... Sən başqasına aşiq idin... Mən sənə...Sən ona... Bax bu andan sonra çıxmalıydın həyatımdan... Gözlərinə baxdıqca daha çox yanırdı ürəyim...Sənə nifrət edirəm deyə qışqırmaq istəyirdim gözlərinə baxaraq...Sonra da saatlarca çiynində hıçqıra-hıçqıra ağlamaq...
Daima düşündüm səni mənə çəkən səbəbi. Heç nə tapa bilmədim. Bəlkə elə bu idi səbəb?! Hə, birdənəm... Bu dəfə əlvida deyəcəyəm sənə...

Əlvida, yaşamaq səbəbim... Əlvida...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.