▶Boş verəcəksən:Bəzən Həyatı◀

03 Nisan 2015
1 251
0
▶Boş verəcəksən:Bəzən Həyatı◀
▶Boş verəcəksən:Bəzən Həyatı◀

http://img-fotki.yandex.ru/get/5903/sockolovanatascha.8/0_57b95_94a40408_L

Yatarkən "sabah oyanacağammı?" sualını düşünmədən, özünü yuxunun qollarına təslim edəcəksən...
Bir parça quru çörəklə, bir stəkan su ilə dünyanın varlısı olmağın xoşbəxtliyini yaşayacaqsan...
Nəfəs alarkən, ciyərlərini yırtarcasına alacaqsan ki, yaşadığının fərqində ola biləsən...
Boş verəcəksən bəzən həyatı
Boş verəcəksən bəzən hər şeyi...
Ürəyin qan ağlasa da, inanılmaz böyük bir gülüş yaraşdıracaqsan ki üzünə, xoşbəxtliyi utandırasan...
İşini, evini, telefonunu, komputerini, görüş dəftərini atıb, bir dəst paltarda atacaqsan özünü küçələrə...
Beləcə, heç nə düşünmədən, küçə-bacanı gəzib, azad halda gücün bitənə qədər arxana baxmadan qaçacaqsan...
Sonra sakitcə çəmənliyə uzanıb, Torpaq ananın laylasını eşidəcəksən, rahat-rahat...
Boş verəcəksən bəzən həyatı
Boş verəcəksən bəzən hər şeyi...
Ağlamaq istəsən göz yaşlarını axıdacaqsan, "kim nə deyir-desin" düşüncəsiylə...
Bir dostu qucaqlayacaqsansa, bütün ürəyinlə qucaqlayacaqsan ki, sevgini hiss edə biləsən...
Sevəcəksən... Gözü qara girəcəksən sevdanın dibsiz quyusuna, həm də "sonu nə olacaq?" qorxusu yaşamadan...
http://img-fotki.yandex.ru/get/5005/sockolovanatascha.8/0_57b83_2cdfb6ed_L
Boş verəcəksən bəzən həyatı
Boş verəcəksən bəzən hər şeyi...
"Sabah nə olacaq?" həyəcanı duymadan, yaşayacaqsan dəlicəsinə...
Çünki yaşamaq bir SEVDADIR, hər dövürdə bir ad qoyulan...
Unutma... Bir stəkan çay kimidir ömür...
Kimininki bir dəfədə bitər...
Kimininki isə qurtum-qurtum...
Çayın dibində qalan çöplər isə həyatdan qalan qırıntılardır...
Boş verəcəksən bəzən həyatı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.