...Sevgi məktubu....

03 Nisan 2015
2 689
0
...Sevgi məktubu....
...Sevgi məktubu....


Bir adam tanıdım mən..gözləri həmişə uzaqlara baxan..
.üzü çox kədərli və məsum..ruhu titrək və saf..bir adam tanıdım mən ürəyi ayna qədər şəffaf,suni dəmir barmaqlıqlar arasında gizlədilmiş..incinməkdən qorxan..bir adam tanıdım mən qadınlardan çox qorxan,amma onlarsız qala bilməyən..mümkünsüzlüyün vurğunu bir adam....elə bir adam düşünün ki,çox xeyirxah,ürəyi saf,ruhu uşaq..elə bir adam tanıdim ki,sevgiyə ac,dürüstlüyə möhtac..elə bir adam düşünün ki,uzaqdan sevməyə aşiq olan,dəli kimi sevən..amma sadəcə uzaqdan..elə bir adam düşünün ki,ürəyindəki sevgi ehtiyacını doldurmağa çalışan..hər qadında bir az daha özünü tapmağa çalışan..
hər qadında yaratdığı saf hissləri qram qram içindəki boşluğa aparıb orda bu hisslərin üstünə kilid vuran..bağlanmaqdan qorxan,sevməkdən qorxan biri.canını verəcək qədər sevən və birdən birə çıxıb gedən..və elə bir qadın düşünün ki,onu olduğu kimi qəbul edən..bu adamı sevən..elə bir qadın düşünün ki,uğruna hər şeydən keçən,bəzən özünün varlığını belə unudub,büsbütün "o" olan..elə bir qadın düşünün ki,ondan xəbər alanda nəbzi yavaşlayan,nəfəsi gecikən...və elə bir sevgi düşünün...hansı ki,mümkünsüzlük sözünün yaranma səbəbi o olsun..
QISA VƏ REAL OLAN YAZILAR
..nə qədər qışqırırsan qışqır susan insana qalib gələ bilməzsən..susmaq gücsüzlük deyil ki..susmaq acizlik deyil..susmaq ən böyük cəzadır hərdən..məni susduran özümə verdiyim dəyərdi,məni susduran,sənin dəyərsizliyindi..qarşımda dayanıb,ağıl öyrədən insan,səni danışdıran da hisslərindi,qışqırdan da..eqoistliyin,qürurun,qısqanclığın..insanların xoş gününə tab gətirə bilməməyin..sən sadəcə həyatın əlinə düşmüş oyuncaqsan..insanları incitmək üçün həyatın əlindəki ən gözəl,bəzəkli silahsan..sən sadəcə marianetsən..döz biraz..ürək mühərriklərim bir gün dayanacaq..o vaxt ikimiz də rahat olacağıq..necə deyərlər,səhnə bitəcək,pərdə qapanacaq..
QISA VƏ REAL OLAN YAZILAR
..cümlələr sözlərə dar gəlir bəzən..24 saat bir gün üçün bəs etmir..şüphə yaranır içimdə hərdən günəşin var olduğuna,içimdəki soyuqluğu hiss edəndə..havanın var olduğunu qəbul edə bilmirəm nəfəs almaqda çətinlik çəkəndə..gəzdiyim yerlərin torpaq olduğuna da inana bilmirəm hərdən..niyə bu qədər bədbəxt olduğum halda məni özünə qəbul etmir deyə..
QISA VƏ REAL OLAN YAZILAR
Nə istəyirəm bilirsən?
Hər hansısa bir küçədə gəzərkən, yanından keçən biri mənim ətrimdən vurmuş olsun. Sən də o ətiri,-gözlərin dola dola xatırlayasan-Ciyərlərinə çəkə çəkə əzab hiss edəsən.. Sonra səkiyə oturasan səssizcə, saatlarla ağlayasan. Yalnızca məni xatırlayasan.
Başqa bir gün, aşiq olduğunu sandığın hər insanı qucaqlayanda qarşındakının saçlarındaki qoxuyla mənim qoxumu müqayisə edərkən özündən utanasan. İçindən; "Nə edirəm mən?" deyərkən heç cürə cavab tapa bilməyəsən. Yolda gedərkən, səhvlərini görəsən.. məni görəsən...
Televiziyada təsadüfən adım çəkiləndə və ya hardasa adımı eşidəndə elə darıxasan ki axtarıb soruşmaq gəlsin içindən, amma zəng edə bilməyəsən. Zəng etməyə cəsarət tapmayacaq qədər, aşiq olasan mənə.
Hər hansısa bir qəzetdə bürc yazısına rast gəldiyində, mənim bürcümü də oxumağa davam edəsən..Xüsusiyyətlərimi oxuduğunda onların məndə olduğunu xatırlayıb itirdiyin üçün peşman olasan..
Günün sonunda, gecə yastığa başını qoyduğunda mənim sənə öyrətdiyim kiçik sevincləri kimlərlə paylaşdığını xatırlayıb peşmanlıq çəkəsən..
Özündən nifrət edəsən, dostlarından.. sevgili olduğun hər insandan nifrət edəsən.
"Məni sev" demirəm.
Amma sevdiyim mahnıları dinləyərkən,sinəndə döyünən ürəyin ağrısın, nə olar?..
Bir az ağrısın,sızlasın..bir az...lap az..


R..t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.