YORULDUM...

04 Nisan 2015
2 684
0
YORULDUM...



Dayan Həyat...
Özümdən yoruldum...
Davamlı maska taxmağdan,
İçim qan ağlayarkən insanlara gülməydən
yoruldum…
Çox əsəbiykən belə sakit olmağ zəruriliyindən yoruldum...
Hüzn cizgiləri sarmışkən üzümü Qəmzələrimi
göstərməydən yoruldum...
Qışqıra-qışqıra ağlamağ istəyərkən Göz yaşımı
içimə axıtmağdan yoruldum...
İçimdə dəli kimi çağlayanlar varkən... Səsimi içimə çəkib susmağdan yoruldum.



Qaranın əsiri olmağdan yoruldum...
Özümdən yoruldum...
Həmişə güclü olmağ nə qədər çətin imiş...
Həmişə məsuliyyət sahibi olmağ, uşağkən gənc
olmağ, gənc ikən yetkin olmağ... Şəxsiyyət dəyişməydən yoruldum...
Geri dönüşü olmayan bir tuneldəyəm...
Yenə qurulmuş səhnə
Baş rolda Mən
Köməkçi oyunçular:hüzn,kədərli maska..
Mövzu: hər şeyə baxmayarağ xoşbəxt olma sənəti...
Ha birdə oyunun adı var:
Həyat Gülürəm yenə zərurətdən...
Bu neçənci rol alışım bu filmdə...Alışılmış
ssenarilərdir bunlar...
Mən hər gecə bu səhnənin müdaviniyəm... Burax artığ xoşbəxt olma dərdini...Yapışmış
alınımıza həyatın döyüşü...
Düş yaxamdan həyat Oyunumu
oynuyaram...Səhnəmi bağlayaram...
Ölümdür sonuma yaraşan
Bilmirsənmi… Ən çox ölülərdir alqışlanan....
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.