Əslində Mən (Roman) -Sus...

02 Nisan 2015
1 116
0
Əslində Mən (Roman) -Sus...

Əslində Mən (Roman) -Sus...




2 sentyabr. Dərslərin başlamağına 13 gün qalıb. Artıq bu il 3 –cü kursda oxuyacaqdım. Amma yox, istəmirəm nə universiteti, nə də köhnə mühitimi. Mənə belə daha xoşdur. Gündəlik işimə gedir gəlirdim, Yağmurumla oynayırdım. Günlərim gözəl keçirdi. Düzdür, axtardığım xoşbəxtliyi tapmamışdım. Amma ən azından özümü əvvəlkinə nisbətən daha yaxşı hiss edirdim.
3 sentyabr. Görəsən Anam nə edir? Axtarırmı məni? Darıxır mı mənim üçün? Görəsən düzgün mü etmişdim evdən qaçaraq? Bəlkə, anama zəng edim? Yox, yox, olmaz. Bir dəfə hər şeyi gözə alıb bura gəldimsə, keçmişi sildimsə olmaz. Keçmişdən bir xatirəni belə yada salmamalıyam.
4 sentyabr. Qızdırmam var. Dünən işdən gələndə güclü yağır yağırdı və yamanca islanmışdım. Anamın qayğısına ehtiyacım vardı. Anam olsa idi tez sağalıb ayağa qalxardım. Yox, dayan! Bunu özüm istəmişəm, öz ayaqlarım üzərində durmağı qərara almışdımsa deməli hər şeyi özüm etməliyəm. Qapım döyülür. Qalxıb bir təhər qapını açdım gələn ev sahibi idi. Halımı görüb acıdı və sürücüsünə nəsə dedi, tam anlamadım. Bir az sonra sürücüsü yanında bir həkimlə gəldi. Həkim müayinə etdikdən sonra ev sahibinə nəsə dedi və getdi. Sürücü həkimi apardı və qayıtdıqdan sonra əlində bir xeyli dərmanla gəldi. Ev sahibi mənə bu dərmanları bir neçə gün qəbul etsəm heç nəyim qalmayacağını dedi. Mən də Təşəkkürümü bildirdim. Həqiqətən də yaxşı adam idi ev sahibi.
6 sentyabr. Özümdən asılı olmadan bu gün evimizə zəng etdim. Telefona anam cavab verdi.
- Kimdir? (yorğun səslə)
- Mən isə heç nə cavab vermirdim..
- Aydın? Yoxsa, Yoxsa???
- Heç nə deyə bilmirdim.
- Aydın sənsənsə cavab ver (artıq ağlayırdı)
- Ana məni bağışla...
- Aydın hardasan? Haralardasan?
- Ana , mənə zaman ver, sadəcə zaman. Söz vermirəm, amma bir gün qayıdacam. Sadəcə izn ver və məndən nigaran qalma..
- Aydın , dön gəl evinə. Anan qurban, qayıt gəl...
- Bağışla - ; deyib dəstəyi asdım.
7 sentyabr. Artıq sağalmışam şükürlər olsun. Bu gün çöldə güclü yağış yağır və pəncərənin qırağında əyləşib yağışı seyr edirəm. Yağmur da qucağımda uzanmışdı və mən onun qar bəyazı yumşaq tüklərini sığallayırdım. Hər zaman mənə rahatlıq verərdi bu, amma bu dəfə heç nə rahatlatmırdı məni. Anamla danışdıqdan bu ana qədər yerə-göyə sığmırdım. Düşünürdüm qayıdım mı Bakıya? Ya ev sahibinə nə deyəcəkdim? Düzü, o heç məndən heç nə soruşmamışdı. Nə ailəm haqda, nə də haradan gəldiyim.
8 sentyabr. Bu gün çox ağır gün oldu. Səhər yuxudan qalxanda Yağmuru tapmadım. Bütün evi axtardıqdan sonra divanın altından tapdım, amma Yağmura nə qədər toxunsam da tərpənmirdi. Keçib bir küncdə əyləşdim. Üzümü ovuclarımın arasına qoydum və birdən hönkür-hönkür ağlamağa başladım. Bu vaxta qədər bəlkə də heç belə ağlamamışdım. Yağmura çox bağlanmışdım, insanlardan vəfalı idi.
9 sentyabr. Sanki Allah da evə qayıtmağımın daha düzgün olduğunu deyirdi. Qayıtsam mı? Artıq əvvəlki xoşbəxtliyi də hiss etmirdim içimdə.
10 sentyabr. Getməyi qərara aldım. Lazımlı sənədləri, əşyalarımı götürüb evin qapısını bağlayıb ev sahibinin evinə getdim. Qapını döydüm və ev sahibi çıxdı qarşıma.
- Belə tez gedirsən?
- Hə getməm gərəkir.
- Doğru düşündüyünə əminsən?
- HƏ, tam əminəm.
- O zaman yolun açıq olsun gənc.
- Buyurun bu da açarlar. Hər şeyə görə sağolun.
- Borcumuz idi.
Oradan uzaqlaşıb hava limanına üz tutdum. Ev sahibəsini yenə görməmişdim. Amma eybi yox, əsas canları sağolsun. Hava limanında kassaya yaxınlaşaraq:
- Bakıya bir bilet zəhmət olmasa.
- Buyurun.
- Təşəkkür.
Pulu ödəyib keçib bir kənarda əyləşdim. Saat 17:00- idi. 17:45-də qalxacaqdı təyyarə. Kameramı çıxarıb çəkdiyim şəkillərə baxmaq qərarına gəldim. Yağmurum, kaş belə tez gedib məni tək qoymazdın. Qismətdir deyib sənsizliklə barışmaqdan başqa heç nə gəlmir əlimdən. Artıq vaxtdır, təyyarə qalxır. Gedib yerimdə əyləşdim. Ehhh Aydın, Aydın, indi anladın mı xoşbəxtlik uzaqlarda deyil? Əgər yaşadığın,məskunlaşdığın ərazidə tapa bilmirsənsə xoşbəxtliyi, o zaman uzaqlarda da axtarma. Xoşbəxtlik sənin içindədir,sənin istəyinə bağlıdır. Sən istəsən xoşbəxt olarsan, istərsən bədbəxt. Çox danışmaq istəyirəm, amma içimdən bir şey qoymur danışam. Və durmadan, təkidlə "SUS” deyirdi. Sus...Sus...
Müəllif:Əhəd Əhədli
Hekayeni başqa bir saytda paylaşan zaman müəllifin adını qeyd edin ki, müəllif hüquqları tapdalanmasın...


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.