Nə sən əvvəlkisən, nə mən əvvəlki

03 Nisan 2015
1 072
0
Nə sən əvvəlkisən, nə mən əvvəlki

Nə sən əvvəlkisən, nə mən əvvəlki

Üstündən çox illər keçibdir daha
Geriyə dönüb də baxma arxaya
Daha aldanmaram o baxışlara
Nə sən əvvəlkisən,nə mən əvvəlki...
...
Sən özün itirdin, gücün çatmadı
Heç sevə bilmədin, sevgin çatmadı?
Indi güc toplasan faydası nədir?
Nə sən əvvəlkisən,nə mən əvvəlki...
...
İndi yollarımız da ayrıdır bizim,
Bilirəm, ürəyinə düşübdür izim,
Axtarma o izi,gecikmisən sən
Nə sən əvvəlkisən,nə mən əvvəlki...
...
Mən sənə nə qədər şeirlər yazdım
Çox sevdim, kor idin ,sənki görmədin
Mən öz məzarımı tək özüm qazdım
Indisə məzardan çıxartsan nolar,
Nə sən əvvəlkisən,nə mən əvvəlki...
...
Əslində bu illər dəyişdi bizi
Qəlbimin içində öldürdüm səni
Sən daha ölüsən,ama mən sağam
Və son söz, bir gün dirilsən
Çevrilib üzünə qəti baxmaram!
Sadəcə tək bir söz söylərəm sənə,
Nə sən əvvəlkisən, nə mən əvvəlki...!
Əhəd Əhədli
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.