Əhəd Əhədli-SənSizLİk

11 Nisan 2015
2 038
0
Əhəd Əhədli-SənSizLİk

Əhəd Əhədli-SənSizLİk




Sənsizlik ürəymə olubdur yara,
Səni unutmaqçün de gedim hara?
Sən varkən həyatım rəngarəng idi
Sən getdin həyatım oldu ağ-qara..
...
Hər gecə yuxular çəkilir ərşə
Hər gecə oyanıb qalxıram səsə
Danışmaq istərəm, içim doludur
Danışa bilmirəm gəl ki, heç kəsə
...
Bilmirəm, nə qədər dözərəm belə,
Mən neçə şeiri verim ,de yelə?
Külək də bezəcək əlimdən daha
Nə olar, "sevirəm" gətirsən dilə?!
...
Sənsizlik ən ağır dərdimdir indi,
Susdumsa, düşünmə acılar dindi
Bu gün uzaqlarda olsan da bil ki,
Bu ürək bir təkcə, sənin yerindi




!Əhəd Əhədli
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.