Gəlib baxır yadlar kimi mənə yaxın ola - ola
Yoxdur tayı bərabəri yoxdu onun bir bənzəri,
Alıb məni özlüyümü özlüyümdən nazlı pəri,
Bir arzudu,bir diləkdi ,ürəyimdə vardı yeri,
Gündüz gecə,bu qəlbimdə qala-qala ,
Gəlib baxır yadlar kimi mənə yaxın ola - ola
Könül istər onla olan hər dəyqanı saniyəni,
Keşiyini cəkəm özüm,yox eyliyəm maniyəni ,
Həsrətini yox eyləyib,vüsalına catam yəni,
Arzular cox müxtəlifdir fikirlərə dala-dala
Gəlib baxır yadlar kimi mənə yaxın ola - ola
Seymur nədir dərdi sərin,cox olubdur soran belə,
Eşqim ilə ,çar olmuşam duşdüm sözə ağız dilə,
Məhəbbətim gəlməz saya ,nə əlliyə nədə yüzə,
Ulduzlar tək sayrışan mən,düşdüm oncün haldan-hala
Gəlib baxır yadlar kimi mənə yaxın ola - ola