Təsadüf yoxsa Alın yazısı (4-cü bölüm)

25 Nisan 2015
2 195
0
Təsadüf yoxsa Alın yazısı (4-cü bölüm)
Təsadüf yoxsa Alın yazısı (4-cü bölüm)



Təsadüf yoxsa Alın yazısı (4-cü bölüm)
Sifəti bir qarış yerdə maşının arxa qapısını açdı. Zülfiyyənin ürəyindən qabaqda oturmaq keçdiyi simasından bəlli idi. Narazı şəkildə arxada oturdu.
Şəhriyar heç nə soruşmadan maşını sürdü. Zülfiyə nədən bəhs edirdisə könülsüz ya “hə” ya “yox” ya da “aha” deyə cavablandırırdı.
- Mən kinoya getməyi sevirəm. bəs sən?
- Aha
- Nə aha? Xoşlayırsan?
- Yox.
Cavabların ziddiyyətli olduğunu görən Zülfiyyə Şəhriyarın onu dinləmədiyini anlamışdı.
- Bayaqdan elə hey mən danışıram sənsə ancaq aha deyirsən
- Aha
- ......
- Bağışla işdən yoğrun gəlmişəm. düşünmüşdüm ki, gələn kimi yatacam. indi burda fikrim dağılır. Səhv başa düşmə xətrinə dəymək istəmirəm, amma qayıtsaq yaxşı olar.
- Şəhriyar anan mənə dedi ki, sən utanırsan deyə dəvət eləmirsən mən ....
- Zülfiyyə gec oldu qayıdaq
- Yaxşı
onun heç bir günahı yoxdur. Anam yenə eləyəcəyini elədi. Nə bir əksik nə bir artıq cümlə hər zamanki əzbərlədiyi söz. Salam ver gedərsən. Bir anlıq boşluğuma düşdü fikrim dağıldı deyə burdayam yoxsa gerçəkdən işim var deyib gedəcəkdim...Atamın yolda Zülfiyyənin adının Ülviyyə deməsi hər şeyi alt -üst elədi. Bu gün mənə onu bir daha xatırlatdı. O qız, Ülviyyə hər səhər hər an qarşıma çıxacaq ümidi ilə oyanıram niyə? Mən heç onu tanımıram da. Amma gözləyirəm. Getdiyim hər yerdə onu axtarıram. Yalnız onun gözlərini gəzirəm. onun utanmaqdan al al olan yanaqlarını, gülüşünü görmək istəyirəm. Səsini eşitmək. İndi Zülfiyyənin maşında oturması... elə bil kiməsə xəyanət edirmişəm duyğusu... Şəhriyar oğlum sən deyəsən əməlli başlı... Nə isəə.
- Çatdıq. Zəhmət olmasa bizimkilərə de ki mən həyətdə gözləyirəm.
- Yaxşı deyərəm...Zülfiyyə maşından düşmək istəyəndə geri döndü.
- Noldu?
- Şəhriyar sənin yəqin valideyinlərimizin nə fikirləşdiyindən xəbərin var.
- Hə xəbərim var. Məncə biz bunu danışmışdıq axı.
- Hə bilirəm, amma mən ata anama qarşı çıxa bilmirəm....
Zəifdir. Ya da sadəcə məni aldatmaq istəyir. Yəqin ki öz könlündən keçir. Mən onun qəlbini qırmadan hər şeyi izah etməyə çalışdım, amma deyəsən o məni yaxşı anlamadı. Üzünə desəm ki səninlə evlənmək istəmirəm onun qürurunu tapdamış olacam. Vicdanım yol vermir. Amma o mən də başqa çarə qoymur. Ülviyyə istəmədiyini açıq açıq dedi. Üsyankar olduğu bəlli idi. Yəqinki indi onu evləndirmək istədikləri həmin oğlanla bir araya gətirə bilməyiblər. Yenə Ülviyyə... Şəhriyar bəsdir hər şeydə onu axtardın. Bu təsadüfdən alınan görüş oldu səni həyəcanlandıran. Qız qəhət deyil. Bax yanındakına.. bəlidir k,i könlüdə var səndə. Nə bilirsən Ülviyyəni bir daha görəcəksən ya yox. Bəlkə də o artıq başqa biri ilə... Yox... eləməz....niyə eləməsin. Niyədə evlənməsin. Hər halda səni gözləməyəcək ki... axırıncı dəfə onu 28 mayda görmüşdüm. 28 mayda 28 may metrosunda. bu da təsadüf ...Bu gün isə 28 sentyabrdır düz 4 aydır görmürəm. 123 gündür səsini eşitmirəm. amma onun haqqında düşünürəm. Mən, öz doğma ad günün yaddan çıxaran biri, onunla təsadüfən görüşdüyüm tarixləri unutmuram.
- Heç nə deməyəcəksən?
- Zülfiyyə mən hələ evlənmək fikirndə deyiləm. Bizimkilərə demişəm. Çox yaxşı qızssan. Yəni.... mən .... mən sadəcə bu haqda fikirləşmirdim. Valideynlərimi dünyada hər şeydən çox sevirəm, amma bu onların hər istədiyini eləyəcəm mənasına gəlmir.
- Başa düşdüm. Mən getsəm yaxşıdır. Gec oldu. Indi deyərə sizinkilər düşərlər.
- Bağışla səni incitmək istəmirəm....
- Gecən xeyrə
- Xeyir apar
Zülfiyyə valideynlərimin sözündən çıxa bilmirəm desə də bəlli idi ki, Şəhriyara qarşı boş deyil. Evə gözləri dolmuş halda girməsin deyə blokda bir az gözlədi.
Az sonra hər kəs öz evinə dağılışdı. Atasının yanında Şəhriyar anasına heç nə deyə bilmirdi. Anası da bilirdi ki, Şəhriyarın susmağı xeyirə deyil. Düşündüyü də doğru olmuşdu. Evə çatar çatmaz Şəhriyarın atası qonaq otağına keçdi.
- Ana mən sənə dedim axı.. söz vermişdin.
- Nə olarki. Pis oldu bir- birinizi tanıyın. Tanımamış deyirsən istəmirəm.
- Mən tanımaq istəmirəm!!
- Səsini yüksəltmə
- Bağışla. Amma məni buna məcbur edirsən, mən uşaq deyiləm. özüm bilirəm necə hərəkət etmək lazımdır.
- Mənim ağıllı balam. Burda nə var ki, qəşəng qızdırda ailəsini də tanıyırıq. Ondan yaxşısını tapmayacaqsan ki.
- Nə bilirsən bəlkə tapmışam
- Nə? Qara oğlanın dərdi varmış. Bəs bunu de də. Mən nə bilim yazıq. Kimdir o bəxtəvər.
- Ana
- Yaxşı yaxşı utanma denən
- Heç kim. Heç kim yoxdur. Amma bu Zülfiyyə ilə evlənəcəm mənasına gəlmir. Istəmirəm. Həm belə elədikcə qızı da incidirəm. Məncə ikimizdə bunu istəmirik.
- Atan da razıdır bu işə
- Hə lap yaxşı hamı razıdır. Məndən başqa. Mən də ki heç. önəmli deyiləm ki nə fikirləşirəm. Kimə nə? elə?
- Dəli oğlum elə şey olar.. Biz sənin yaxşılığın üçün deyirik.
- İstəmirəm eləmə mənə yaxşılıq. Birdə bu söhbəti açma xahiş edirəm.
- Oğlum
- Ana xahiş edirəm. Bağladıq
Şəhriyar istəmədən anasına səsini yüksəltmişdi. Peşiman olmuşdu. Amma anasını könlünü alacaqdı. Bəs onun? Onun könlünü kim ovudacaq? Kim onun qəlbində yaranan müəmmalı hisslərə əncam çəkəcəkdi. Gün keçdikcə ürəyi daralırdı. Bəlkə də Elçindən xahiş etməli idi ki, Ülviyyənin yerini telefonunu onun üçün öyrənsin.
(Ülviyyə)
- Ülviyyə məzuniyyət hardan çıxdı?
- Bir az dincəlsəm yaxşı olar.
- Sən və dincəlmək? Sənə nə olub. Bu aralar çox qəmgin gəzirsən? Anangil evdə sıxışdırır evlilik üçün?
- Həm o həm..
- Həm nə?
- Heç nə.
- Ülviyyə üzülüb əldən getmisən. Nə baş verir? Axı biz yaxın idik?
- Nərgiz..Mən...mən onu düşünürəm. artıq neçə ay keçib amma o ağlımdan çıxmır. Yəqin ki, valideynlərini tanış etmək istədiyi qızla tanış olub, bəlkə də bu aylar ərzində toyu belə olub.
- Ay qız dayan... stop de. Bunu öyrənməyə nə var ki?
- Necə?
- Dayan, telefonumu ver..Elə baxma, telefonumu ver.Ülviyyə heç nə anlamadan Nərgizə baxırdı. Nərgiz isə özündən əmin tərzdə telefon qulağında Ülviyyəyə göz süzdürərək gülürdü.
- Alo...Canım necəsən? Mən yaxşıyam, nə var nə yox? Toy nə vaxtdır? Ay nə yaxşı onda inşAllah toyuna indidən paltar axtarıram.
- Nərgiz kimlə danışırsan
- Dayan bir.
- Mənə bax sənə işim düşüb, bir söz soruşmaq istəyirəm. Sənin ad günündə Elçinin bir dostu gəlmişdiye
- Nərgiz səni öldürəcəyəm. Səni məhv edəcəyəm. Ver telefonu bura. Ülviyyə nə qədər eləsə də Nərgiz telefonu vermir daha da gülürdü. Həə....Demək belə... Hm....
- Nə deyir?
- Sənə nə? Bayaqdan imkan vermirdine indi partda orada.
- Nərgiz!!
- Hə canım fikrim səndədir. Həyətdə oturmuşam bir sarı cücə civ civ səsi ilə baş beynimi aparıb.
- Mən sənə göstərəcəyəm cücəni dayan.
Ülviyyə ayağa qalxıb otaqdan çıxmaq istəyirdi ki, Nərgizin telefondakı sözlərə reaksiyası onun maraqdan az qala ölməsinə səbəb olacaqdı.
- Yaxşıııı...hiiiii...doğrudan? vay vay... Görürsən sən bir....
Ülviyyə dözməyib Nərgizin yanına qaçıb qulağını telefona dikdi..Amma Nərgiz başını çəkdiyi üçün heç nə eşitmirdi.
- Tez ol ürəyim partladı..
- Öl elə.
- Ölərəm vallah... elə burdaca
- Yaxşı canım... Çox sağol...həə həə.. yanımdadır. O da salam deyir. Hə.. görəkdə.. xanımımız naz edir hələ. Mən olmasam bu qız evdə qalacaq. Oldu öpdüm.. görüşərik inşAllah.Sağol.
- Bu nə bitməyən sağollaşmaq oldu belə..
- Nə olub. Qoymurdune bayaqdan öldürürdün məni.
- Yaxşı de görüm nə olub. Yazığın gəlsin denən.
- Neaaa.. deməyəcəyəm.
- Nəəəə!!!!
- Qışqırma!
- Nərgiz səni məhv edərəm. Ülviyyə bunu elə sifətlə dedi ki, Nərgiz Ülviyyənin zarafat eləmədiyini anladı.
- Yaxşı da deyəcəyəm. Nə olub sənə. İkiniz də bir- birinizdən betər.
- Ikiniz?
- Hə ikiniz. Şəhriyar və sən
- Başa düşmədim
- Get çay gətir başa salım.
- Ay Allah Nərgiz!!
- Offf yaxşı... evlənməyib, heç nişanlanmayıb da.
- Və?
- Vəsi subaydır da
- Elə bu. 3 saatdır içini çəkə- çəkə bunu öyrənirdin.
- Yox başqa bir şey daha var
- Nə?
- Bu gün o da Eldara zəng vurub yalvar yaxar sənin telfonunu və iş yerini öyrənib. Elçin əvvəl özü təklif edibmiş sənin nömrəni yerini deməyi o istəmirmiş indidə Elçin vermək istəmirmiş ki, ağlı başına gəlsin. O boyda ki, düşüb bütün günü Elçinin arxasına ki, alsın nömrəni.
- Bu sözə qəh qəhə çəkən Ülviyyəni görən Nərgiz şokdan gözlərini bərəltmişdi.
- Ay qız sən dəli olmusan?
- O da məni axtarır...o da məni axtarır..Nərgiz o da məni sevir...Mənim kimi o da sevir!
Ülviyyə son dediyi sözə özü də birdən dayanaraq şokla qarşıladı.
- Mən nə dedim?
- Sən nələr demədin ki?
Nərgiz qorxan balaca qızlar kimi əllərini sinəsinə yığıb Ülviyyəyə baxırdı.
- Mən onu sevirəm dedim?
- Hə .. vallah mən demədim.. sən dedin.
- Mən sevirəm dedim.. Həə.... mən sevirəm... sevirəmmmmmmm..Ülviyyənin gülüş səsi bütün evi bürümüşdü. Səsi eşidən Gülnaz xala cəld otağa girir.
- Nə olub burda. Buna nə oldu? Niyə gülür belə? Nərgiz?? Qızıma nolub.
- Gülnaz xala. Başınız sağolsun. Ülviyyəni itirdik.
- Nə?
- Heç nə boş verin. Təbrik edirəm.
- Niyə?
- Arzunuza çatdınız. Nənə olacaqsınız.
- Nə?????
Gülnaz içini çəkib yerə yıxıldı. Nərgiz və Ülviyyə əlləri ağzında içini çəkdilər.
- Nərgiz nə dedin ona?
- Dedim ki, nənə olacaqsan.
- Nə??? Dəlisən sən. O haradan çıxdı.
- Ay qız mən nə bilim. O mənada demədim axı.. səni evləndirib nənə olmaq istəyirdi. Sən də sevirəm deyincə dedim yəni evlənib ona nəvə verəcəksəndə
- Nərgiz sənə başqa sözüm yoxdur. Kömək elə qaldıraq.
Bir az sonra Gülnaz xanım gözlərini açaraq hay şüvən eləməyə başlayır.
- Ay Allah bu nəydi başımıza gəldi. Neynədik bu günü gördük.
- Ana ana özünə gəl.. Nərgiz zarafat edirdi, vallah billah zarafat edirdi. Heç nə olmayıb.
- Hə vallah Gülnaz xala mən zarafat edirdim. O mənada dedim ki, qızınız aşiq olub ona görə
- Nərgiz!!
Ülviyyənin səs tempindən Nərgiz başa düşdü ki, yenə düzgün ifadə demədi.
- Şey yəni...mən getməliyəm. ən salamatı bu olacaq. Nərgiz cəld durub qapıya qaçdı. Ülviyyə onun arxasınca getmək istəyirdi ki, Gülnaz xanımın səsi onu dayandırdı.
- Kimdir o?
- Kim kimdir?
- O kimdir?
- O kimdir?
- Ülviyyə!
- Bilmirəm. heç kim yoxdur. Nərgiz zarafat edir. Yaxşı olmadı gedim yola salım
- Ülviyyə! Gəl bura!
- Ana həqiqətən o zarafat edirdi. Biz burda danışıb gülürdük. Heç nə yoxdur
- Dəqiq?
- Hə dəqiq.
- Yaxşı sən deyən olsun. Hazırlaş bu gün qonaq gedirik
- Hara?
- Rəşadgilə
- Ana.
- Hazırlaş dedim
Gülnaz xanımı qəzəbli simasını görəndə Ülviyyə etiraz edə bilmədi. Sevinci yarım qaldı. Amma yenə də düşünəndə ki, Şəhriyar onun nömrəsini və iş yerini tapıb səhərin açılmasını səbirsizliklə gözlədi.

Bölümün sonu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.