Sən yanımda olmayanda..

28 Nisan 2015
1 755
0
Sən yanımda olmayanda..
Sən yanımda olmayanda..

Sənsiz bu dünya mənə dar.
Gəl məni vüsalınla sar.
Mənə çox çətindir ey yar!
Sən yanımda olmayanda...

Ayrılıq kədər gətirir...
Bu qüssə məni bitirir...
Hər şey mənasın itirir...
Sən yanımda olmayanda...

Rüzgar əsir dəli-dəli...
Daha sığallamır teli...
Gözlərim axıdır seli...
Sən yanımda olmayanda...

Qəmli-qəmli ötər bül-bül,
Açmadıqca sevdiyi gül.
Necə sevinsin bu könül?
Sən yanımda olmayanda...

Qovuşmaq xəyala dönür...
Ümüdlərim bir-bir ölür...
Sanki hicran mənə gülür...
Sən yanımda olmayanda...

Nə şaxtaydım,nə ayazdım...
Yamyaşıl sevdalı yazdım.
Bax,sonda bu şeri yazdım.
Sən yanımda olmayanda...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.