-`Səndən öyrəndim..

29 Nisan 2015
1 477
0
-`Səndən öyrəndim..
-`Səndən öyrəndim..

Səni tanıdığım gün həyatımda ən böyük dəyişiklik oldu...Sanki əlimdən tutub mənə yeriməyi öyrətdin....Həyatımda ilk sevgini səndə tapdım...o sevgini ki hər zaman yalnız xəyal edərdim...o sevgini ki yalnız başkalarında şahidi olardım...İndi isə o sevgiyə mən sahib olmuşdum...sənlə birgə....Bu sevgidə birgə addımlamaga hisslərimizlə söz verdik....
Sən öyrətdin mənə sevməyi,həyatı,yaşamağı....Səndən əvvəl heç yaşamamış kimiydim....Bilmirdim nə idi məni sənə bu qədər bağlıyan....Bircə onu bilirdimki səni sənsiz yaşadığım gün mənim üçün həyatın olmadığı bir gündür....Çünki həyatı belə səndən sonra sevdim....bütün çətinlikləriylə, çatışmazlıqlarıyla,haqsızlığıyla sevdim həyatı....çünki içində sən var idin....özümü heç vaxt yalnız hiss etmirdim.....çünki nə vaxtsa səni itirəcəyimi təsəvvür belə etməmişdim.... Gözləmədiyim bir gündə sən getdin....Gedişinlə içimdə bütün həyata nifrət yaratdın....Sənə “getmə qal”demədim....çünki gedənə qal demək yazıqlara məxsusdur....mən yazıq deyiləm.....
Deyir:

Sev səni sevəni qürbətdə qul olsada
Sevmə səni sevməyəni ölkəndə şah olsada....
Bəli bu belədi....
“Sənsiz yaşadığım gün mənim üçün həyatın olmadığı bir gündür” deyirdim....amma yox....elə deyilmiş...oldu....bacardım.....ayaqda durmağı bacardım....Əslində bilirsənmi... sənin yoxluğun mənə çox şeyi öyrətdi....yalnız qalmağı,acılara qarşı dağ kimi durmağı öyrətdi....yox saymağı da mən səndən öyrəndim....və sonunda səni yox sayacaq qədər gücə sahib oldum....
Amma həyat düşündüyüm qədər amansız olmadı mənə qarşı.....çox sevdiyim biri var artıq....elə biri ki sənsizlikdə çırpındığım günlərimdə,sənə görə həyatı yox saydığım bir vaxtda qarşıma çıxdı....Düzdü mənə biraz çətin oldu...çünki sən qəlbimə elə silinməz yara vurub getmişdinki....o yaranın sağalması üçün illər lazım idi....çox şükür ki səndən sonra qarşıma çıxan o insan bu yaranı sağaltmağı bacardı.....Ən azından sənin kimi birinin sevgisinə möhtac deyiləm artıq....Həyatı yenidən sevməyi öyrəndim...və çox xoşbəxtəm artıq....
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.