Sev məni gizli-gizli...

16 Mayıs 2015
4 887
0
Sev məni gizli-gizli...
Sev məni gizli-gizli...

http://img300.imageshack.us/img300/8875/71311700cw0.gif


Sev məni gizli-gizli...
Duyan olmasın sənin mənə olan sevgini,
Qəlbində göstərdiyin o gizlincə ilgini...
Gizlət köksüyün altda, gizlət saf ürəyində...
Havalar xoş olanda düz tellər arasına,
Bəlkə seçən olmasın tellərin qarasından.
Elə ki, görən oldu, elə ki, duyan oldu,
Al ovcuyun içində sıx möhkəm-möhkəm məni!
Amma heç kimə vermə...
Tutulmaq həyəcanı qurutsa dodağını,
qızartsa yanağını,
Bəyaz qar dənəsi tək sürt incə dodaqlara,
Həyəcandan qızarmış o alma yanaqlara...
Qorxma gülüm heç nədən-
Lazımsa özün öldür, əfv diləmə özgədən!
Qoyma bilinsin sevgin,əldən alınsın sevgin...
Səndən alınmaqdansa sevgi şəhidi olum,
Qoyma özgənin olum!
At qəlbdən həyəcanı, bir göz gəzdir ətrafa...
Əgər göz oğurlasan bax köçüm gözlərinə,
Bir az gözündə qalım...
Bir az da bu dünyaya sənin gözünlə baxım...
Mənimi axtarırsan?!
Deyən gözlərin dolub?!
Çəkilib bir kənarda ağla sən için-için...
Qarışıb göz yaşına, süzülüm için-için,
Axım döyünən qəlbə!
Bax indi yerimdəyəm!
Azadlıq nəyə gərək?!
Qəlbində əsir olmaq, qəlbində sənin olmaq-
Mənim azadlığımdı!
Saxla məni qəlbində, saxla məni qədərsiz,
Sev məni gizli-gizli, elə məndən xəbərsiz!

Müəllif:Babək Həsrət

http://img300.imageshack.us/img300/8875/71311700cw0.gif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.