Nə üçün qızların elçiliyə getmə haqqı yoxudur? Nə üçün həmişə seçilməlidirlər?

17 Mayıs 2015
1 081
0
Nə üçün qızların elçiliyə getmə haqqı yoxudur? Nə üçün həmişə seçilməlidirlər?
Nə üçün qızların elçiliyə getmə haqqı yoxudur? Nə üçün həmişə seçilməlidirlər?
Nə üçün qadın ehtiyac simvoludur? Nə üçün qızların elçiliyə getmə haqqı yoxudur? Nə üçün həmişə seçilməlidirlər?

Təbii psixologiyasına əsasən, ehtiyaclı olan bir varlıq seçir. Seçilən bir kəs seçən kəsin istəyini təmin edir. Buna əsasən deyilə bilər ki, qadın evlilik və yaşayış məsələsində zənginliyin simvoludur. Onun misalı yalnız varlığını göstərən gül kimidir. Kişi isə ehtiyac simvoludur ki, həyat ehtiyacını təmin etmək üçün bu gülün ətrafında dövrə vurur.

Bu arada qadının seçilməsi məcburi bir məsələ deyil. O, bəzi seçicilərini rədd edə bilər. (Əlbəttə, məsumlardan (Allahın salamı olsun onlara) nəql olunan rəvayətlərə əsasən, bu ehtiyacı oğlanlara və o zənginliyi qızlara vermiş olan Allah, zənginlik vasitəsindən istifadə edərək, heç bir dəlili olmadan ehtiyaclı olan elçini özündən uzaqlaşdırmağı qıza münasib bilmir.)

Digər tərəfdən, ehtiyaclı olan kişi bu ehtiyacın aradan qaldırılmasının müqabilində bəzi vəzifələri öhdəsinə götürür.


Başqa bir nöqtə budur ki, bu yayılmış üslub qadın və kişinin psixologiyası ilə uyğun və mütənasibdir. Təsəvvür edin, əgər bir qadın elçiliyə gedib, rədd cavabı eşitsə və bu məsələ təkrarlansa, qadınların zərif təbiətlərinə (ki, bu onların spesefik xüsusiyyətidir və təbii yaradılış sisteminə uyğun bir prosesdir) uyğun olaraq, onlar üçün psixoloji problemlər yaratması mümkündür. Ancaq kişilərdə bu məsələ həmişə olub və var. Kişilərin psixoloji durumuna uyğun olaraq, onlar üçün xüsusi problem yaratmayacaqdır.

Üçüncü cəhət: Kim deyib ki, qadın əsla bir kişini həyat yoldaşı olması üçün seçə bilməz?! Baxmayaraq ki, müasir dövrümüzdə ümumi şəkildə bu cürdür (yuxarıdakı sözlərə diqqət yetirməklə, bu yolun daha yaxşı olduğunu deyə bilərik). Lakin bunun əksinin də olmasının maneəsi yoxudur. Elçiliyə getmək şəri bir vəzifə deyil, o, bir sünnət və ənənədir.

Dördüncü cəhət: Əgər evlilik əqdinin sözlərinə diqqət yetirsək görərik ki, «mən özümü sənin həyat yoldaşın etdim» deyə xitab edən qadındır. «Qəbul etdim» kəlməsi ilə bu ailəliyi (ər-arvad münasibətini) qəbul edən də kişidir. Buna əsasən, seçmək və seçilmək mərasimini başlatmaq yalnız kişinin öhdəsinə düşür. Amma son məqamda həqiqi seçən tərəf qadın özüdür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.