Bu sevda ...

30 Mayıs 2015
1 995
0
Bu sevda ...
Bu sevda ...

Nahaqdan doymuşam,mən haqq gəzirəm,
Başıma bir bəla,günah gəzirəm.
Mən ki,məhəbbətdən uzaq gəzirəm,

Hardan ürəyimə doldu bu sevad?
Bu sevda ...
Dərdə əyilməzdim,eşqə əyildim,
Bu eşqi Tanrının cəzası bildim,
Mən ki,bu sevgiyə hazır deyildim,

Gül kimi əlimdə soldu bu sevda.
Bu sevda ...
Yenə mən olmadım ülfəti qıran,
Sevdimmi,eşqimdə ölüncə varam,
Kədəri bir dünya,sevinci bir an,

Məni bəlalara saldı bu sevda.
Bu sevda ...
Təkliyə sən necə dözürdün,Allah,
Bu eşqlə qəbrimi qazırdın,Allah,
Özünə şərikmi gəzirdin,Allah,

Sənə istəyimi böldü bu sevda.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.