Mən səni sevməkdən vaz keçmiyəcəm
Məhəbbət köksümdə cırpınan ürək
Bunu həqiqətən yaşamaq gərək
Canımı tezliklə alsada fələk
Mən səni sevməkdən vaz kecmiyəçəm
Eşqim ceşmə təki coşub cağlayar
Sənsizlik qəlbimi hər an dağlayar
Xəyalım xəyalda hey soraqlayar
Mən səni sevməkdən vaz kecmiyəçəm
Yolları alsada ciskin cən duman
Səni bəxş eyləyib mənə yaradan
Lap belə üzülsə əlim dünyadan
Mən səni sevməkdən vaz kecmiyəçəm
Alnıma yazılan qismət payımsan
Gündüz günəşimsən geçə ayımsan
Cismimdə ruhumda varlığımdasan
Mən səni sevməkdən vaz kecmiyəcəm
Sözüm cox deyəcəm bil iftixarla
Rastlaşsan hardasa mən adlı adla
Onda dediyimi duyub xatırla
Mən səni sevməkdən vaz kecmiyəçəm
Seymuram həsrətdə ansanda məni
Heç vaxt unutmaram eşqi sevgimi
Olsamda cahanda hicran əsiri
Mən səni sevməkdən vaz kecmiyəcəm