Ürəkdən sevmək istədim ürəyim istəmədi..

03 Haziran 2015
3 011
0
Ürəkdən sevmək istədim ürəyim istəmədi..
Ürəkdən sevmək istədim ürəyim istəmədi..

Ürəkdən sevmək istədim ürəyim istəmədi..Ağlamaq istədim. Gözümdə yaş axmadı. Qışqıraraq, bütün dünyaya üsyan etmək istədim.
Səsim çıxmadı. Gücüm çatmadı. Ürəkdən sevmək istədim. Ürəyim istəmədi.
Bütün dünyanı dəyişmək istədim. Əlimdən gələn evdəki zibilləri atmaq oldu. Insanları dəyişmək istədim.
Mənə qalan geyim tərzimi dəyişmək oldu. Sözlərimi dəyişmək istədim. Amma cümlələrim eyni qaldı.
Qaçıb getmək istədim. Amma özümü itirmişdim. Tapmaq istədim. Dərin sükut çökdü.
Qurtulmaq istədim. Amma heç nə eşitmirdim. Qulaqlarımı dəyişmək istədim.
Eşitdiyim səslər dəyişmədi. Səsimi dəyişmək istədim. Amma danışığım dəyişə bilmədim.Ürəkdən sevmək istədim ürəyim istəmədi..

Ürəkdən sevmək istədim ürəyim istəmədi..

Ürəkdən sevmək istədim ürəyim istəmədi..Gözlərimi dəyişmək istədim. Baxışlarım məni ələ verdi. Dəli olmaq istədim.
Bu qədər ağıl tələb edəcəyini düşünməmişdim. Ağıllı olmaq istədim.
Bu qədər güc tələb edəcəyini düşünməmişdim. Güclü olmaq istədim.
Bu qədər zəiflik tələb edəcəyini düşünməmişdim. Qorxaq olmaq istədim.
Heç kimdən seçilməyəcəyimi hiss etdim. Seçilmək istədim. Seçmək bacarığımı itirməyi bacardım.
Yalançı olmaq istədim. Yalnız özümü aldatmağı öyrəndim. Düz olmaq istədim.
Seçildiyimi görüb qorxdum. Yolun sonunu istədim. Dərin sükut çökdü. Özümü tapmaq istədim.
Qaranlıq çökdü. Yox etmək istədim. Mənliyimi itirdim. Qaytarmaq istədim. Problemlərə öyrəşdim.Ürəkdən sevmək istədim ürəyim istəmədi..

Ürəkdən sevmək istədim ürəyim istəmədi..

Ürəkdən sevmək istədim ürəyim istəmədi..Tab gətirmək istədim. Əzilməyə öyrəşdim. Varlığımla inanmaq istədim. Mövhumatı öyrəndim.
Şükr etmək istədim. Özünü aldatma dedilər. Heç kimə inanmamaq istədim.
Özümü Namaz başında tapdım. Yenə şükr etmək istədim. Heç kimə inanmamağı öyrəndim.
Sonunu bilmək istədim. əvvələ qayıtmaqdan qorxdum. Bütün güzgüləri yox etmək istədim.
əsl üzümü göstərər deyə. Maskamı atmaq istədim. Gülməyi unutdum. Özüm olmaq istədim.
Qorxularıma qalib gələ bilmədim. Məğlubedilməz olmaq istədim. Vicdanımı itirdiyimi anladım.
Ölmək istədim. Yaşamağın daha çətin olduğunu anladığım üçün. Oyanmaq istədim.
Qaranlığın təbəsslümləri məni ovsunladı. əbədi olmaq istədim. əzrail can tələb etdi. Ölümə dərman istədim.
Üryan gəldim. İstəklərimi yox etmək istədim. Maraqsız olduğumu anladım..Ürəkdən sevmək istədim ürəyim istəmədi..

Ürəkdən sevmək istədim ürəyim istəmədi..

Ürəkdən sevmək istədim ürəyim istəmədi..Oyunu qaydaları ilə oynamaq istədim. Məğlub olduğumu gördüm. Gördüklərimi unutmaq istədim.
Böyük bir yalan üzərində qurulmuş dünyam olduğunu xatırladım. Nifrət eləmək istədim.
Özümdən başladım. Tələbkar olmaq istədim. Indiyə qədər anladığım hər şeyi unutdum.
Özümü xatırlamaq istədim. Ağlamağa başladım. Dayanmaq istədim. Doğulduğum gün yadıma düşdü.
O günləri istədim. Qaranlıq çökdü. Yalnız indi qurtuluş istəmədim.Ürəkdən sevmək istədim ürəyim istəmədi..

Ürəkdən sevmək istədim ürəyim istəmədi..

Ürəkdən sevmək istədim ürəyim istəmədi..Amma özümün, yalnız özümün olduğum dünyanı qazandım. Tək qalmaq istəmədim. Artıq gec olduğunu anladım. Utandım. Ağladım. Güldüm. Sevindim.Sevildim. Sevdim.Qorxdum. Böyüdüm. Azadlıq istədim. Istəmək hüququm olmadığını anladım. Öldüm.Geriyə dönmək istədim. Bədənimin yox, ruhumun öldüyün anladım.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.