"Eşq"

10 Temmuz 2015
1 920
0
"Eşq"
"Eşq"
"Eşq"
"Eşq"
"Eşq"

Bir insanı gözlərinə, dodaqlarına və ətrinə qədər qısqanarsan. Əllərinin hamarlığını, saçlarının rəngini və söylədiyi cümlənin şirinliyinə aşiq olarsan. Qoxusu, cənnətin torpağından oğurlanmış, gözlərinin parıltısı, aydakı daşlardan götürülmüş və həsrətinin acısı, yox! Şeytan belə, bu qədər acı verici bir gücə malik deyil, bu nədən götürülə bilər?!
- Eşq, hər gecə birini xatırlamaq deyil, bir gecədə birinə söz verib, onu hər bir gündə ömürlük sevməkdir. Bəzən biz bunu ya oyun, yada acı verici bir prosses kimi xatırlayırıq. Eşq, tək sevməyi deyil, digər başqa hisslərində sənə məxsus ola biləcəyini, sənə xatırladır. Məsələn, məhsuliyyət və sadaqət hissi. Sənə aid olduğunu, onu qorumağı və çox müqəddəs olduğunu söyləyib, hər yolundan çıxdıqda, sənə hər dəfəsində bildirən bir qüvvədir.Əslində kəşf etdiyimiz ən gözəl və ən güclü bir teoremdir.Dini bir neçə yerə parçaladığımız kimi, onuda bir neçə yerə böldük.
- Eşq, bizi əzizləyən müəllim(ə)lər kimidir.İki alsan üç yazar, üç alsan dörd, dörd alsan beş.Amma heç vaxt təşəkkür etmərik ürəkdən, sadəcə gülümsəyib keçərik. O vaxt qorx ki, sənin yaxşı olmağın üçün səni incidər.Həmin gündən başlayarsan lənətləməyə və necə pis biri olduğunu hər kəsə bildirməyə. Bu qədər qəddar və düşünücəsiz olmağı Tanrı bizə öyrədə bilməzdi, heç vaxt, heç vaxt!
- Eşq, hər ürəkdə var ola bilməz, çünki hər ürək eşqin varlığını daşıyacaq qədər güclü deyildir. Yoxluğunu sevmək eşq ola bilməz, əgər xəyal edib birisini yoxluq adlandırarsansa həqiqətən düşüdüyün kəs, yoxluqdan qeyrisi ola bilməz. Hər insana uşaqlıq həddinə kimi pulsuz paylanar və heçnə öyrədilməz.Çünki uşaqlar, yer kürəsində qarşılıqsız sevə biləcək yeganə varlıqlardır.Və heç vaxtda buna görə gileylənməzlər. Böyüdükdən sonra az adama nəsib olur, çünki çox az kəs, böyüdükdən sonra insan ola biləcək qədər böyük biri ola bilir.
- Bu səfər iki insanın göz yaşından və ayrıldıqdan sonra baş verən hadisədən yazmıyacam...Hər kəs sevmək üçün dua edib, amma hər kəs mübarizə aparmayıb.Çoxunun ürəyi, ermənistan ordusu qədər kiçik və qorxaqdır.Bəzən mübarizə aparmaq əvəzinə, içki süfrələrində qeyd etdik sevdiklərimizin adını və sonra Allaha saysız-hesabsız üsyanlar...
- Axı niyə?!
- Siz Allahın bəşx etdiyi müqəddəs hissi, haramla alçaldın və nəsib olmadığı üçün hər gecə üsyan edin.Bəzən yaxşı insanda sevdiyi kəsə nəsib ola bilmir. Nə qədər dua etsədə, nə qədər eşqdən yazsada yenədə xeyri olmaz.Əslində hər gecə duanızı eşidir və yerinə yetirir, yaradan. Sizə layiq olmayan biri olduğu üçün, qovuşdurmaz...
- Allah, bəndəyə layiq olmayan heçnəyi bizə layiq bilməz. Amma biz, bizə layiq olmayan hər şeyi bizə layiq bilirik.Ona görədə heçnəyə layiq deyilik.
"Eşq"
"Eşq"
"Eşq"


- Süleyman Əliyev"Eşq"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.