Tənhalıq bir duyğu, ruh halı, sevgidən məhrumluqdur

04 Temmuz 2015
3 012
0
Tənhalıq bir duyğu, ruh halı, sevgidən məhrumluqdur
Tənhalıq bir duyğu, ruh halı, sevgidən məhrumluqdur


Tənhalıq bir duyğu, ruh halı, sevgidən məhrumluqdurMüasir ağlın zindanı, primitiv ağlın azadlığıdır. Tənhalıq sevgi və nifrətin qədəri aşıldıqda sevginin ətrafa yayılması, nifrətin isə daxilə basdırılmasıdır. İnsanın daxilini dağıdan bu duyğu həll edilməsi məcburi olan bir məsələdir.

Bəzən insanlar tənhalığı özləri seçirlər. İnsanın tənhalığı işdən, ictimai fəaliyyətdən uzaqlaşıb, bir küncə çəkilərək digər insanlardan uzaqlaşması, işini buraxması, gördüyü işindən və bütün fəaliyyətlərindən zövq ala bilməmə halıyla başlayır. Amma bu tənhalıqla bacarmaq da insanın öz əlindədir.

Psixoloqların fikrincə, həyat coşğusunu istehlak edən dörd maddədən biri tənhalıqdır. Psixoloq Gülarə Dadaşovanın sözlərinə görə, həyat çoşğusunu məhv edən digər 3 amil saxta dostlar arasında dostsuzluq, varlıq içində yoxluq, mənə nə olacaq qayğısıdır: "İnsan beyninin, ürəyinin baş verən hadisələrə dözüm həddi var. Bu hədd aşılanda həyat coşğusu bitir. İnsanda iş görməyə, özünə fikir verməyə heç bir istək, güc-qüvvət qalmır. Bu hiss insan həyatını qaraldır. Enerjinin bitir və həyat mənasızlaşır".

Amerikalı sosioloq Riçard Sennet təklik və biryerdəlik arasında əlaqənin olduğunu hesab edir. Onun fikrincə, təkliyi yaşamağı bacarmayan insan biryerdəliyi, insanlarla münasibət qurmağı da bacarmır. Çünki təkliyini paylaşa bilməyən insan, həyatı da paylaşa bilmir.

Ziqmund Freyd təkliyin özəl bir hiss olduğunu bildirib. Yəni tənhalıq hissi fərdə görə dəyişir. Tənhalıq o zaman yaranır ki, insanın arzuladığı münasibətlə olduğu münasibət arasında uyğunluq tapa bilmir. Olduğu münasibətlərdən narazı olan insan hisslərini ətrafı ilə paylaşa bilmir. "Tənha" insan digərləri ilə münasibətə ehtiyac duymasına baxmayaraq, münasibət qurmaq istəmir. Hər zaman boşluq hissi yaşayır.

Psixoloq məsləhət görür ki, tənhalığı aradan qaldırmaq üçün internetə üz tutmaq da yanlış addımlar atmağa səbəb ola bilr. Tənha zamanlarda tanımadığınız insanlarla qurduğunuz ünsiyyət gələcəkdə başınıza böyük problemlər aça bilər:

"Dinə yaxınlaşma, ev heyvanları saxlamaq, hobbilərlə məğşul olmaq tənhalıq hissinin azalmasına köməkçi ola bilər. Tənhalığa qapılmayın, normal zamanlarda yoldaşlarınızla etdiyiniz şeyləri tək olduğunuz zamanda həyata keçirin. Oynaq musiqilərə qulaq asın, təmiz havada gəzin. Əgər tənhalıq hissi keçmirsə, mütləq psixoloqa müraciət edin. Əks halda, bu tənhalıq hissi sizi daha da bədbinləşdirib, məhv edər".Tənhalıq bir duyğu, ruh halı, sevgidən məhrumluqdur

R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.