Tək-tənha
Bəzən insanın həyatında gözlənilmədən baş verən dəyişikliklərdən sonra özünü şəraitin qurbanı kimi hiss edir və tənhalığa çox ağrılı davam gətirir, məsələn, inciyir, özünü günahkar bilir, cəzalanmaq və ya bağışlanmaq istəyir, depressiyaya düşür. Amma tənhalıq həm də “faydalı” qəbul edilməlidir. Yəni belə vəziyyətdə heç kəs ona yaradıcılıqla məşğul olmağa, biliklərini artırmağa mane olmur, əksinə, səsdən-küydən, vurnuxmalardan dincəlməyə, özündəki qüvvəni bərpa edib baş verənləri götür-qoy etməyə imkan yaradır.
Tənha olanda daha yaxşı əsərlər yaratmaq olur və bunun da öz səbəbləri var: tək qalanda özümüzə daha dərindən nəzər salır və doğrunu, gözəlliyi, ruhumuzu tapa bilirik. Bir çox dahi filosoflar gündəlik gəzintiyə çıxır və məhz bu zamanda dərin fikirlər onları tapırdı. Ən yaxşı yazılar da bəzən təklikdə yaranır.
Dözülməz dərd
Bəzi kişi və qadınlar müvəqqəti olsa da tənhalığa (saat, gün) dözə bilmirlər. Bir müddət tək qaldıqdan sonra narahatlıq hiss edir, təklikdən qurtulmaq üçün yollar axtarırlar, məsələn, tanışlarına zəng edirlər, təsadüfi görüşlər axtarırlar, kədər ya qəzəbini başqaları ilə bölüşürlər. Bu, daha çox uşaq reaksiyasına bənzəyir: yanında bir başqasını görməyən, danışmaq, şənlənmək, ünsiyyətə girmək üçün heç kəsi tapmayan uşaq tək qaldıqda ağlayır, inciyir.
Tənhalığın növləri
Situativ tənhalıq- hərdən hiss edilən tənhalıq duyğusudur, şəxsi münasibətlərin pozulması nəticəsində yaranır.
Xroniki tənhalıq- insanın uzun müddət kişi və qadınlarla münasibət yaratmaq qabiliyyətinin olmaması.
Bir qayda olaraq situativ tənhalıq yaşayan kişi və qadınlar öz ünsiyyət modelini dostları ilə müzakirə etdikdən sonra yeni qarşılıqlı münasibətlər yaratmağa hazır olur. Onlar yeni tanışlar və münasibətlər axtarmağa başlayır. Axı bu, insanların həyatda qoşa gəzmək, sevmək və sevilmək arzusudur. Belə insanlara özünə inamın qaytarılması və şəxsi münasibətlərin yenidən qurulması kömək edir.
Xroniki tənhalıqdan qurtulmaq üçün yenə də özünə inamı bərpa etmək gərəkdir
Tənhalığın faydaları:
- Düşünmək üçün vaxt qazanırıq;
- Özümüzü daha dərindən tanıyırıq;
- Daxilimizdəki şeytanlarla rastlaşır və onlara müqavimət göstəririk;Yaradıcılıq üçün vaxt tapırıq;
- Rahatlıq tapmaq və dincəlmək üçün genişlik tapırıq;
- Öz hərəkətlərimiz haqqında düşünmək və bunlardan nəticə çıxarmaq üçün zaman qazanmış oluruq;
- Başqalarının təsirindən ayrı olmaq öz səsimizi tapmağa kömək edir;
- Sükut bizə səs-küy zamanı itən xırdalıqları dəyərləndirməyə kömək edir.
R.t..Zemichka