Sevgimi sənsiz yaşadım :/

11 Eylül 2014
1 912
0
Sevgimi sənsiz yaşadım :/
Sevgimi sənsiz yaşadım :/



Bəlkə həyatı boyunca onu kimsə sizin qədər sevməyəcək. O, bir daha əsla kimsəni tək mesajıyla xoşbəxt edə bilməyəcək. Bütün axmaqlıqlarına baxmayaraq, dözə biləcəyi bir kimsəsi olmayacaq.

Özünü pis hiss etdiyini anladığı zamanlarda kimsə onunla sizin maraqlandığınız qədər maraqlanmayacaq.
"Çölə çıxma, hava soyuqdur, soyuqlayarsan" demək asandır, amma xəstə olduğunda kimsə sizdən daha çox kədərlənməyəcək bir daha. Qurduğunuz xəyalları başqalarıyla yaşaya bilməyəcək.
Film izlədiyində ağlına gələn ilk siz olacaqsınız, izləyəcəyiniz filmlər vardı çünki.
Əl-ələ gedən insanlar gördüyündə aglına gələn yenə ilk siz olacaqsınız, əl-ələ getdiyiniz yuxular vardı çünki.


Sizi düşünərək yatdığı gecələr olacaq.. Acı çəkəcək. Bəzən mesaj atmaq istəyəcək, darıxdı çünki.
Amma qüruru hər vaxt buna mane olacaq. Bir müddət sonra canı yanmayacaq, alışacaq çünki.
Amma əsla unuda bilməyəcək. İnsanları dayandıra bilməzsiniz, gedərlər. Getdiyi üçün peşman olacaq.
Sizin darıxdığınızdan daha çox darıxacaq həmişə. Və bir kişi, bir qadından daha çox sevər bəzən.
Amma kişilər bildirməzlər. Hər şeyə qalib gələ biləcək kimi görünənlər bir qadına məğlub olduğunu necə söyləyə bilər ki?


Onlar ağrılarını içlərində yaşayarlar daim. Gedərlər çünki, düşünə bilməzlər. Nəinki qarşısındakı qadını düşünməyi, heç özlərini belə düşünə bilməzlər...
Mənə gəlincə.. Çox səhv etdim. Amma heç olmasa bu etdiklərimdən dərs almağı öyrəndim. Acı çəkirəm, canım yanır. Həyatda ən çox dəyər verdiyim insanı itirdim, asan deyil. Üstəlik dönməyəcək.
Və dönməyəcək birini gözləmək çox çətindir. Lakin indi gedib başqalarında onu axtarmaq kimi bir axmaqlıq etmərəm. 3-5 şəkilini silmək də onu mənə unutdurmaz. Unutmağa da çalışmıram.

Əgər istəsəm unudaram onsuz da. Mən onu hər vaxt ilk günkü kimi sevməyi seçdim çünki...
Bəli, kimsə onun kimi olmayacaq. Tək mesajıyla xoşbəxt olacağınız biri daha olmayacaq həyatınızda.
Kimsəni onun qədər sevə bilməyəcəksiniz. Telefonunuza davamlı həyəcanla baxmayacaqsınız.
Unuda bilməyəcəksiniz. Ən əhəmiyyətlisi də çox darıxacaqsınız. O qədər çox darıxacaqsınız ki, "Darıxmaqmı, ölməkmi?" desələr, ölməyi seçəcəksiniz.
Acı çəkəcəksiniz. Çox şey itirdiyinizi düşünürsünüz, amma yanılırsınız.

EdiT By: Bash _BeLasi ッ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.