"Çox ehtiyacım var sənə"

15 Temmuz 2015
7 166
0
"Çox ehtiyacım var sənə"
"Çox ehtiyacım var sənə"
Sevirəm deyə bilmərəm…Daima gül deyərəm, xoşbəxt ol deyərəm, sən mənim üçün önəmlisən deyərəm…Sən sevdiyimi bu sözlərimdən anla…

Bilirəm böyük qəlbə sahibsən…Amma çox təəssüf nə qədər böyük olur olsun qəlbin, mənə görə yoxdur yerin…

Ağılsızam mən…Sevmirəm deyirsən, mənsə sanki sevirəm deyirsənmiş kimi xəyal edirəm…

Yaxşı razıyam, kiminlə görüşürsən görüş, hara gedirsən get, kimin əlindən tutursan tut…Amma heç kimi sevmə…Dözə bilmərəm…

Məni sevməyini istəmirəm…Amma sən hər səhv hərəkət edəndə, mən sənə bu hərəkəti etmə deyəndə, sən də “sənə nə, sən kimsən” deyəndə, bax onda deyirəm, kaşki sevsən məni…

Ona zəng edib bir kəlmə “sənə çox ehtiyacım var” deyib telefonu söndürəsim var…

Bilirəm sən də özünü başa düşmürsən…Düşünürsən “axı necə ola bilər məni bu qədər sevən qızı mən sevmirəm?”


Kim deyir ki, sən yoxsan deyə qəmginəm…Qəmgin deyiləm, yalnız gülürəm…Çünki bilirəm gec ya da tez sən də anlayacaqsan səni necə sevdiyimi…

Bəddua etmirəm sənə “məni sevmirsənsə onda gəbər” deyə; Dua edirəm;“Yaşa və kimi itirdiyini gör” deyə…

Ağlayıram, yalandan gülürəm, qısqanıram, qışqırıram, qəlbim qırılır, sevirəm, sevilmədiyimi bilirəm, həyata nifrət edirəm, sevdiyimə nifrət edirəm, özümə nifrət edirəm, yaşamaq istəmirəm…Amma səni görüncə…Dəyər deyirəm yaşamağa dəyər deyirəm…Tək bir gülüşünü görmək üçün günlərlə gözyaşı axıtmağa dəyər deyirəm…

Nə qarğış edim ki, sənə? Ən böyük cəzanı almısan sən…Mənim kimi birini itirdin, bundan artiq cəza?!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.