Ürəyimə yaxşı bax!

15 Temmuz 2015
3 051
0
Ürəyimə yaxşı bax!
Ürəyimə yaxşı bax!



Gənc qız hər gün xəstəxana palatasında bir az da solmaqdaydı.
Yenə otağında təkdi, gözüyaşlı, boynubükük ölümünü gözləyirdi. Gözlərini bağladı, ağlamaqdan yorulmuşdu. Sevdiyi gəldi ağlına, kasıb, amma onu sevən sevgilisi. Hər gün eyni şeyləri fikirləşir, olanları bir film kimi gözünün önündən keçirirdi. «Pulum yoxdur, amma sənə verəcəyim sevgidolu ürəyim var», — oğlan demişdi. Gənc qıza da bundan artıq heç nə lazım deyildi. Amma olmadı, dünyalar qədər olan sevgilərinin arasına maddiyyat girib onları ayırdı. İndi pulun kömək edə bilməyəcəyi bir zamana gəlmişdi. Həyatının son günlərində sevdiyi yanında olsa, bəs idi.
Ayrılıqlarından 5 il keçmişdi.
Ancaq gənc qız bu illər ərzində ürəyini heç kimlə paylaşmamışdı. Sevgilisini düşündü: kim bilir, bəlkə də kiminləsə evlənib, uşaq sahibi olub. Kaş ki yanımda olaydı. Son dəfə əlimi tutsa, gözlərimi öpsə, rahatca ölə bilərdim. Sevgilisini son dəfə görmədən ölmək istəmirdi. Kim bilir, bəlkə də sevdiyi onu unutmuşdu. Bu düşüncələr içində dərin yuxuya daldı…
Atası girdi otağa, qızına ürək nəqli üçün bir könüllü tapdıqlarını xəbər verəcəkdi. Ancaq gənc qız çoxdan yuxuya getmişdi. O gecə biri dünyadan getdi, gənc qız əməliyyata alındı. Bir həftə sonra gözlərini təkrar açdı dünyaya. Amma dünya fərqli gəldi ona. Sanki nəsə əskik idi.
Aradan aylar keçdi, qız yaxşılaşdı. Lakin içindəki narahatlığı hələ də ata bilmirdi. Sevdiyi ağlına gəlincə, ürəyi əvvəlkindən daha çox sızıldayırdı. Həkimi "Əməliyyat asan deyil, bir aya düzələr", — demişdi. Aylar keçsə də, vəziyyət dəyişmirdi.
çiçəklərinin yanına getdi. Hər gün onlarla dərdləşir, zaman-zaman ağlayırdı. Ən çox da qızılgülü sevirdi. çünki onun yeri başqa idi. O da gənc qızla bərabər gülür, bərabər ağlayırdı. Onu sevgilisi kimi görürdü. Gülünü, sevgilisini yenidən görəndə hədiyyə edəcəyinə söz vermişdi. Qapının zəngi çalındı. Gənc qız qapını açdı, amma heç kim yox idi. Gözü yerdəki ağ zərfə sataşdı. Əyilib zərfi götürəndə, qəlbi dəlicəsinə atmağa başladı. Nə olduğunu başa düşmürdü. Zərfin üstündə nə ad, nə ünvan vardı. Zərfi açıb məktubu çıxartdı. Məktubda onun iyi vardı. İllərboyu intizarını çəkdiyi, onu görmək üçün canını belə verə biləcəyi sevgilisinin iyi var idi məktubda. Başı dönməyə başladı, stulda oturub əlləri titrəyərək, məktubu oxumağa başladı:
«Sevgilim, səndən ayrıldıqdan sonra nə bir kimsəni sevə bildim, nə də kimsəyə baxa bildim. Hər günüm digərindən daha ağır keçdi, çünki hər gün daha çox darıxırdım. Sənə kitabları dolduracaq qədər şeirlər yazdım. Yazdım, oxudum, ağladım? Hər gün yazdım, hər gün oxudum, illərboyu ağladım?
Hər gecə səhərlərə qədər səni düşündüm, hər gecə sənin yanında olmaq istədim. Sənsizliyə lənət etdim, yuxuları haram bildim özümə. Bir gün hər şeyi dəyişdirəcək fürsət düşdü əlimə. Səndən çox uzaqlara getdim, bəlkə unudaram deyə. Amma tam tərsi oldu. Daha çox darıxmağa başladım. Səndən çox uzaqlardayam bəlkə, ancaq səni görmək üçün uzaqlardan gələ bilirəm. Həm də hər gecə. Səni sevir, seyr edir və sən yuxuda olarkən əyilib yanağından öpürəm. Bəzən gözlərini açıb baxırsan, elə bilirəm, gəldiyimi hiss edirsən, ancaq yox...

Unutma, qırmızıgülü də unutma.
Səni sevirəm, yanıma gəlincəyə qədər də sevəcəyəm...
Sevgilin...»


Hə bir də ürəyimə yaxşı bax. Çünki göz yaşlarımla adını yazdım üstünə. Səni səndən belə çox sevən bir sevgi var onun içində...



Ürəyimə yaxşı bax!



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.