Əvəzolunmazım...

08 Ağustos 2015
4 310
0
Əvəzolunmazım...
Əvəzolunmazım...

Əvəzolunmazım...

Əvəzolunmazım...Əvəzolunmazım... Bundan sonra burda yazılacaq hərşey kəlmə be kəlmə səni, BİZi təsvir edəcək. Azda olsa anlatmağa çalışmışam çünki səni sadece sözlərlə anlatmaq kifayət etmir. Canımın içi daim var ol...Əvəzolunmazım...

Əvəzolunmazım...
Əvəzolunmazım...
Əvəzolunmazım...

Əvəzolunmazım...Çətindir "O"nlu günlərimi- "O"nu - Sevdiyimi -Canımın içini təsvir etmək. Necə başlayacağımı bilmirəm, nə yazım ne danışım deyə deyil, ondan yazmaqdan, danışmaqdan bezməyən biriyəm. Sadece onu anlatmağa sözler kifayət etmir.Əvəzolunmazım...

Əvəzolunmazım...
Əvəzolunmazım...
Əvəzolunmazım...

Əvəzolunmazım...Bir an dayanan həyatın içində anlaya bilmədiyimiz, amma sonsuz davam etdirəcəyimiz sevgiylə bağlanaq bir-birimizə...Əvəzolunmazım...
Əvəzolunmazım...
Əvəzolunmazım...
Əvəzolunmazım...

Əvəzolunmazım...SƏN... sən dərdi, üzüntünu, unutduran, həyatda təmənnasız sevdiyim, sən hər dərdimi yuyan insan təsadüfən girdin həyatıma hər şeyi dəyişdin, sanki üzümü güldürəcəyini hiss etmiş kimi. Çox çəkmədi səni tanımağım sevməyim. Danışdığımız hər gün daha çox bağlandım. Düşündüyüm, ağlımdan çıxmayan biri oldun. Düşündükcə qəlbimə girdin sevdiyim. Sevdikcə sabaha gülüşlə oyanma səbəbim oldun. Gülüşümə səbəb olan sən oldun. Həyatım daha maraqlı, daha gözəl oldu sənlə. Səninlə sevdim hər şeyi, özünlə gətirdin bütün sevincləri, sevgiləri, xoşbəxtlikləri. Mənim üçün bir sən varsan Bütün dünyama bəs edən bir sən... Səbr etməyi, bağışlamağı, düşündüklərimi deməyi səninlə öyrəndim. Bəzən də sevmədiyim hər şeyi səninlə öyrəndim və sevdim. Dəyərlisən mənim üçün. Dünyanın belə sığmaqda acizlik çəkdiyi dünyamsan... Səninlə düşünməyi sevirəm... Səninlə dərdləşməyi sevirəm... Sevincimi, ürəyimdəkiləri səninlə bölüşməyi sevirəm... Həmişə necə varsansa, bax elə ol. Dəyişməsin heç nəyin. Səninlə sevinmək, səninlə kədərlənmək, səninlə qocalmaq düşüncəsi belə məni xoşbəxt edir. Gözü yumulu güvəndiyim tək insansan, necə oldu nece gəldin, ya mən necə girdim həyatina bilmirəm amma Yaxşı ki varsan, yaxşı ki həyatımdasan, yaxşı ki qəlbimdəsən. Sevdiyim sənli xeyallarim var... Xəyallarını qurduğumuz həyatı yaşayaq. Düşündüyümüz həyatımız, ailəmiz, uşaqlarımız, xoşbəxtliyimiz.... Düşündüyümüz arzuladığımız həyati yaşadaq bir-birimizə. Həmişə edəcəyini düşün, üstündə gələ biləcəyimizi düşün, həmişə yanında olduğumu düşün, bir tikə çörəyimizdə olsa belə xoşbəxtliyimiz olacağını düşün, sənin mənə güc verdiyin kimi mən də sənə güc verim, pis heç nə düşünməyək.Əvəzolunmazım...

Əvəzolunmazım...
Əvəzolunmazım...
Əvəzolunmazım...

Əvəzolunmazım...Sevdiyim gülümsə hər zaman... gülümsə nə olar, çünki gülmək sənə yaraşır, məni xoşbəxt edir. Gülümse nə olar. Sən gülümsə mən yaşayım. Gülümsədiyin, mənde yaşadığın məni "səndə" yaşatdığın üçün var ol canımın içi. Bir ömür həyatımda ol Əvəzolunmazım.Əvəzolunmazım...

Muəllif: T.İsayeva FeaT.Az Saytı üçün.

Əvəzolunmazım...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.