Sən demə yenidən sevmək olarmış...

13 Eylül 2014
2 321
0
Sən demə yenidən sevmək olarmış...
Sən demə yenidən sevmək olarmış...


Bu gün başqa günlərdən çox fərqlidir... Niyəmi?! Hm... Mən yeni sevgimi tapdığımı anladım bu gün... Çox qəribəyəm indi. Hər gün Onunla görüşsəmdə onu sevdiyimi yeni hiss etmişəm... bəlkə də qarşı tərəfin etirafını gözlədiyim üçün imiş... Bilmirəm, amma çox sevincliyəm...
Yox... Mən SƏNi heç vaxt unutmaram. Bu mümkün deyil, axı mən SƏNi qarşılıqsız sevdim... Hər gün gözüm açınca Allaha şükür edərdim ki, SƏNinləyəm... SƏNdəyəm... SƏN tək mənim olmasan belə. SƏNinlə olduğum üçün özümü çox şanslı bilirdim... Çünk, SƏNin həsrətinlə yanan milyonlarca adam olduğunu bilirdim...
... Mənim SƏNə olan sevgim hər kəslə paylaşacaq qədərdimi?! Axı, buna məcbur idim. SƏN hər kəsinsən. Bir mənim ola bilməzdin. Bunu dərk edə biləcək qədər böyümüşəm artıq.
Mən SƏNi bu qədər sevərkən SƏNdən necə ayrıldım, nə hiss elədim... Bilə bilərsənmi?! Niyə getməyimə əngəl olmadın. Niyə??? Niyə məndən bu qədər asan vaz keçə bildin???

Bax... Artıq ayrıyıq... Ayrılığımızdan artıq aylar ötür...SƏN heç nə itirmədin bu ayrılıqdan, amma mən çox şey itirdim... SƏNinlə birgə dostlarımı, əzizlərimi itirdim... SƏNsiz özümü çox pis hiss edirəm.. SƏNsiz çox darıxıram...
SƏNin sevgindən fərqlidir bu sevgim...Çox gözlədim, çox ehtiyat etdim... Qarşı tərəfin sevgisinə inannıb, hiss etməyimi gözlədim... Nəhayət... Analdım, duydum ki, Onu da sevirəm artıq... Mənim yeni sevgim Gävle...
Sənə yalnız qarşılıq verdim. Bu necə sevgidir deyə soruşma. Mənim ilk məhəbbətimə Bakı-ma xəyanətim mümkünsüzdür. Səni nə qədər çox sevsəm də hər zaman düşüncəmdə Bakı-m var...
Məni bu sevgimlə qəbul edəcəksənmi?!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.