Sənin məni sevmədiyini bilə-bilə sevirəm səni...

12 Ekim 2014
5 040
0
Sənin məni sevmədiyini bilə-bilə sevirəm səni...
Sənin məni sevmədiyini bilə-bilə sevirəm səni...



Sənin məni sevmədiyini bilə-bilə sevirəm səni...


Gecə olanda yuxunda onu görərsən,səhər oyananda isə onunla oyanarsan.Yenə həyatına nifrət edərsən.sənin olmadığı üçün!Amma nə vaxt ki,onu görsən və ya gəldiyini hiss etsən əlin ayağına dolaşar,həyacanlanarsan,çünki onu sevirsən.Aranızda bir sevgi başlamasa da,onu gördüyün an ürəyin həyacanla döyünər,heç kim o döyüntüləri saxlaya bilməz.
O həmişə sənin həyatında olur.Bəzən ürəyinə təsəlli etməyə çalışarsan ki,yaxşı ki olmadı.Olsaydı necə olacaqdı ki?Ancaq bu sözlər yalnız ürəyini incidər.



Səni sevirəm hə səni sevirəm,qarşılıqsız olduğunu bilə-bilə sevirəm,sənin məni sevmədiyini bilə-bilə sevirəm səni.Niyə deyə soruşma,çünki inan mənə bu sualı özümə çox verdim.”Nə üçün?” dedim “nə üçün?” sevirsən,nəyə görə bu qədər qürursuz ola bilirsən?Əgər sevmirsə icazə ver getsin,hara getmək istəyirsə.Bəlkə sevdiyi var,icazə ver sevdiyinə getsin.Niyə belə edirsən deyə özümə çox sual verdim,amma cavab tapa bilmədim.Çünki inan məndə bilmirəm niyə?Məndə bilmirəm səni niyə bu qədər çox sevdiyimi...Nə üçün unutmaq istəmədiyimi...



Əzab çəkərək səni sevməkmi,yanında olmamaqmı,sənə toxuna bilməməkmi,mənə baxıb gülümsəməməyinmi səbəbləri səni bu qədər sevməyimin?Sualları kimdən soruşmaq lazımdı bilmirəm...Səndənmi,yoxsa söz keçirə bilmədiyim ürəyimdənmi soruşum?Artıq sualların mənası da yoxdu,çünki yalnız bunu bilirəm ki,Səni çox Sevirəm.
Belədir qarşılıqsız sevmək...Gecən gündüzlə birləşər,yatmaq sənə çox uzaq olar.Sən ilk addımı atmısan,amma o əlini uzatmayıb sənə...Əgər hələki sevirsən,gözləməlisən başqa seçimin də yoxdur...



Sənin məni sevmədiyini bilə-bilə sevirəm səni...



Sənin məni sevmədiyini bilə-bilə sevirəm səni...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.