Gec gəlmə
Gec gəlmə
Tükəndi səbrimiz, ey mahparə, gec
gəlmə,
Olubdu can evimiz parə-parə, gec
gəlmə.
Bu rəsmdir, su səpərlər gedən
dalyıca yola,
Qayıt deyəllə, yubanma dübarə, gec
gəlmə.
Yananda bir gözəlin eşqi ilə aşiqlər,
Umarlar ondan, Ağa, bir işarə, gec
gəlmə.
Daha nə taqətimiz var, nə də ki,
səbrü qərar,
Bu dərdü qəmlərə, gəl, eylə çarə,
gec gəlmə.
Cəhanda müstəz'əfin, bax, pənahı
bir sənsən,
Tələs, təvəccüh elə, qıl nəzarə, gec
gəlmə.
Çıxıbdı zülm odu ərşə, yubanma, ya
Mövla,
Hərayə gəl, bu cəhan yandı narə,
gec gəlmə.
Cəvanlar öldü Fələstində, ağlayır
analar,
Neçə gəlin duvağı oldu qarə, gec
gəlmə.
Nolar müştaqınıq, bu yusufada şəfaət
elə,
Düşübdür ayrılığundan azarə, gec
gəlmə.