Peyğəmbərimizin sevgi haqqında dedikləri

04 Eylül 2015
4 529
7
Peyğəmbərimizin sevgi haqqında dedikləri
Peyğəmbərimizin sevgi haqqında dedikləri
Peyğəmbər əfəndimiz (sav)-ın xüsusilə üzərində dayandığı ən əhəmiyyətli mövzulardan biri, möminlərin bir-birlərini heç bir mənfəət güdmədən, səmimi (qəlbdən) bir sevgi ilə sevmələri və bir-birlərinə qarşı kin, hirs və qısqanclıq kimi pis hisslər bəsləməmələridi. Peyğəmbərimiz (səv) bu mövzuda möminlərə ən gözəl nümunə olmuş, onlara tez-tez bu mövzularda tövsiyələr vermişdir.


Allah bu mövzu haqqında Quranda belə buyurmuşdur:


Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının səvabının (mükafatını) artırarıq!" Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!) (Şura Surəsi, 23)


Peyğəmbərimizin (səv)-ın sevgi, dostluq və qardaşlıq haqqındakı hədisi-şəriflərindən bəziləri isə belədir:


"Mömin özü üçün sevdiyini qardaşı üçün də arzulayar"


"Hədiyyələşin, bir-birinizi sevin. Bir-birinizə yemək hədiyyə edin. Bu, ruzinizi artırar"


"Ziyarətləşin, hədiyyələşin. Çünki, ziyarət sevgini möhkəmlədər, hədiyyə də, ürəkdəki pis duyğuları kənarlaşdırar"


"Bir-birinizi qısqanmayın, bir-birinizə kin bəsləməyin, bir-birinizə çirkin sözlər söyləməyin, bir-birinizə arxa çevirməyin, bir-birinizin arxasından danışmayın. Allahın qulları, qardaş olun!"


"Sizdən əvvəlki cəmiyyətlərin dərdi sizə də keçdi: Həsəd və kin. Kin saxlamaq pis şeydi. Allaha and olsun ki, iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə iman etmiş ola bilməzsiniz. Sizə bir-birinizi sevəcəyiniz bir şeyi xəbər verim mi? Aranızda salamı yayın
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. _Sirin_
    fellow ELLERINIZE SAQLIQ XEBERE GORE TSSK fellow
  2. SEHRI
    • SEHRI
    • 7 Eylül 2015 12:20
    oxudum gözəl xəbərdi.amma redaktəni sevmədim.əməyin üçün sağol.
  3. Lami95
    tewekkurler Allah razi olsun
  4. Dear..
    Anlamlı və dəyərli məqalədir
    -Çox saol
  5. BaBY..
    ALLAH razı olsun belə möhtəşəm xəbərçün təşəkkürlər.
  6. CHLOE
    • CHLOE
    • 4 Eylül 2015 14:13
    DEYERLI XEBERE GORE COX SAG OL BEYENMEMEK ELDE DEYILDI
  7. allah bendesi
    ALLAH razi olsun tewekkurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.