Quran Əxlaqında Sevgi

21 Ağustos 2015
1 992
0
Quran Əxlaqında Sevgi
Quran Əxlaqında Sevgi

Din əxlaqını yaşamayan insanların həqiqətən sevmələri və sevilmələri qeyri-mümkündür. Əsl sevginin qarşılıqlı olaraq yaşanması üçün insan hər şeydən əvvəl Allahı dərin bir sevgi ilə sevməli və Allahın sevgisinə layiq olan bir əxlaq göstərməlidir. Allah sevdiyi qullarının ürəyində bir sevgi yaradır və başqa insanların ürəyində də onlara qarşı bir sevgi hissi verir. Sevginin əsl qaynağının və əsl sahibinin yalnız Allah olduğunu unutmamaq lazımdır. Sevgi kimi çox böyük və qiymətli bir neməti qazanmaq üçün insan əvvəlcə əxlaqı ilə bu nemətə layiq olmalı və Allahdan özünə bu neməti verməsini diləməlidir.
Pis əxlaqa sahib olan və ya din əxlaqını yaşamayıb cahiliyyə həyatına meyl edən bir insan dünyada da, axirətdə də buna görə bədbəxt ola bilər, tək və dostsuz qala bilər.

Sevginin Allah Qatından verilən bir nemət olduğunu Allah Quranın bir çox ayəsində bildirmişdir:

Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi. (Məryəm Surəsi, 13)

Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq. (Məryəm Surəsi, 96)

Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır.

Quran Əxlaqında Sevgi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.