"Yoxluğuna hiss etdiyim nifrət, varlığına hiss etdiyim sevgidən şiddətliydi”.

16 Eylül 2015
2 012
4
"Yoxluğuna hiss etdiyim nifrət, varlığına hiss etdiyim sevgidən şiddətliydi”.
"Yoxluğuna hiss etdiyim nifrət, varlığına hiss etdiyim sevgidən şiddətliydi”.


"Yoxluğuna hiss etdiyim nifrət, varlığına hiss etdiyim sevgidən şiddətliydi”.





Sənsiz qalanda məni xoşbəxt edəcək yalanlar danışmağı öyrəndim. Ancaq susdum. Sənsizliklə danışa bilmədim. Gedişini haqlı çıxardacaq uydurma bəhanələr tapdım özümə. Ancaq yenə susdum... Bəlkə də kimsə mənim qədər səssiz susa bilməzdi. O qədər susdum ki, hər gecə sənsizliyə, səssizliyimdə boğuldum. Səni düşünməməyi çox düşündüm. Səni düşünməmək düşünməklə olmur. Kaş ki mənə məni necə unutduğunu öyrətsəydin. Başa düşmədiyim tək şey, məndə dayanan vaxt, səndə necə keçir!?


Mən səndən xoşbəxt bir sonluq deyil, xoşbəxt bir sonsuzluq istəmişdim. Bəlkə də səni gözəlləşdirən həyatın çirkinliyi idi, bunu da mən başa düşmədim. Görəsən mənimlə xoşbəxt olduğun üçün yanımda idin, yoxsa mən xoşbəxt olduğum üçün. Bu sualın cavabını da demədin. Sadəcə getdin... Sevgi nə sənin məndə, nə də mənim səndə gördüyümdür. Sevgi birlikdə gördüyümüzdür. Səninlə eyni deyildi sevgiyə baxışımız. Sən məndən qüsursuz sevgi istədin, mən səndən yaşaya biləcəyimiz bir sevgi. Bəlkə də mənə sən bu zəmanənin insanı deyilsən deyəcəksən, amma məncə sevgi qarşındakı insanı çılpaq olanda belə gözlərini onun gözlərindən ayırmamaqdır. Bu həyat səni unuda biləcəyim qədər uzun deyil.





Sən bir cinayətkarsan, amma heç bir cinayət etməmisən. Cinayət etmədən cinayətkar olanlar sadəcə qəlb qıranlardır. Kaş ki məni öldürsəydin, qəlbimi deyil. Ömrünə qatdığın xoşbəxtliyi mənim həyatımdan oğurlamağın doğruydu səncə!? Bağışla məni, bu qəddar halım gedişini bağışlaya bilməməyimdəndir.

Heç bitməyəcək deyə başladım səni sevməyə və ilk dəfə əmin olduğumu düşündüm. Amma dəyişirmiş insan. Mən dəyişməsəm də, sən dəyişirmişsən. İki insanın birləşməsi minlərcə dəyişimlə üzləşməsi deməkdir. Mən səninlə çox dəyişdim. Sən bəlkə də buna görə çox qalmadın mənimlə. Sevdikcə “sən” oldum və sən zamanla iki dənə “səni” qəlbinə yerləşdirə bilmədin. İndi düşünürəm, insan özü kimi qalmalıdır sevəndə. Dəyişilmək ayrılıq yoluna atılan bir addımıymış. Sən məni çox dəyişdirdin və mən sənə bənzədikcə bir həyəcanımız qalmadı. Halbuki biz başqaydıq, mən başqa, sən başqa və bu şəkildə ortaq olurduq eşqə. Amma olmadıq getdin. İndi yadıq bir-birimizə. Yolda görsən tanımarsan məni.
Mən yenə çox dəyişdim səndən sonra...

Amma bir gün geri gəlsən... yaşatdığın acılara rəğmən... nəysə... unutma ki sən mənim hər an nə hissetdiyimi bilən tək insansan... Sən, sən deyilsən sən "mənsən".


"Yoxluğuna hiss etdiyim nifrət, varlığına hiss etdiyim sevgidən şiddətliydi”.



Yanıma gəlmədiyin vaxtlarda yuxumda gözləyirəm səni... Mən öyrəşmişəm gözləməyə və yoxluğuna. Bəlkə də yuxunu sırf sənə görə sevirəm. Bu gecə yenə yuxuma gələrsən deyə gözləyirəm. Saatı qurmuram bilirsən niyə, birdən sən gələn vaxtda oyandırar məni, sonra üzülərəm. Mən hirslənmirəm bilirsən, ən sakit halımla sevirəm səni. Oyananda ayrı, yatanda ayrı sevərəm. Ən çox da itirəndə sevərəm mən. Dəyərini bilmədim bəlkə də...

İnsanlar keçmişlərinə ən böyük xəyanəti unudaraq edərlər. Mənim keçməyən keçmişim həmişə indimdə qalır. Xatirələr isə unutmağı çətinləşdirmək üçün verilmiş cəzalardır. Mən bu cəzaya gülümsəyirəm. Çünki sənin qoyub getdiyin heç bir şey məndə geridə qalmayıb. Çünki insana ən uzaq düşən şey, bilərək geridə buraxdığıdır. Qəlbimdəki yerinə heç vaxt xəyanət etmədim. İtirəcək olsam da, bir yolum var idi səndə. Və həyat o qədər qanunsuzdur ki, bəzən oyunu qaydalarına görə oynasan belə qazandırmaz insana. Səni itirəcəyimi bilə - bilə oynadım bu oyunu. Utanmaqdan utanmadan...






"Yoxluğuna hiss etdiyim nifrət, varlığına hiss etdiyim sevgidən şiddətliydi”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Eylül
    Paylasdigin ucun saq ol ela idi
  2. crazy_reniw
    gozel idi saq ol ellerine saqliq
  3. allah bendesi
    tewekkurler ellerinize sagliq )
  4. sevgi^_^
    Maraqli ve gozel idi paylawim ucun saol
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.