Və bir gün anladım ki...

24 Eylül 2015
2 002
3
Və bir gün anladım ki...
Və bir gün anladım ki...


Oyandım… Yox idin…
Otaq soyuq idi yoxluğundan…
Yastığını qoxladım – kiçik gedişlərinin iyi gəlirdi…
Amma bu dəfə…
Sənsizlikdən üşüdüm bir az
Bir siqaret yandırdım – Sənsiz
İçdiyin stəkana şərab süzüb Sənsizliyə içdim…

Şəhərə baxdım Sənin gözlərinlə
Hər şey təzə idi, ayrılıq kimi…
İndi Sənsizliyin günlərini sayıram-
bir, iki, üç… sonsuz…

***

Hər gün bir insana baxdım
Danışdılar, mən dinləyirmiş kimi baxdım…
Hərdən addımlarımdan hardayam deyə soruşdum…
Hər gün bir-neçə dəfə şəkillərinə baxdım,
Hər dəfə özümdən soruşdum “niyə bu qədər bağlandın?!”
Hər gün səhəri “sabahın xeyir” sözünlə açdım,
Darıxdım… Susdum… Sevdim… Heç nə demədin…
Hər gün hər şeyi anladığını düşündüm,
Güldüm… Ağladım… Sevindim… Gülümsədin…
Hər gün gülümsəməyinin nə olduğunu fikirləşdim,
Bütün düşüncələr, yollar, bilinməyən yerlər mənimlə getdi,
Oxuduğum hər cümlə mənə bıçaq kimi batdı,
Heç nə anlamadım…
Hər gün Sənə içimdə bir dəfə “sevgilim” deyə səsləndim,
Hər gün ağrı daddım, unutmaq üçün deyil amma…
… Və bir gün anladım ki, Sən də mənim qədər sevirsən…

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Jessica
    Mene maraqsız gelir bele yazılar
  2. crazy_reniw
    maraqli yazidir ellerine saqliq cannn
  3. allah bendesi
    tewekkurler xeber ucun...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.