Səni gözləyəcəm...
Nə qədər zaman keçdi..Nə mən saya bildim sənsiz günləri,nədə ki təqvimdə səhifələr qaldı...Həyata küskün başlamışdım onsuzda,indi sənsiz yenə küsdüm mənasız keçən bu həyata...Keçən bu ömrə küskünəm..Səni məndən alan,məni səndə heçə çevirəm taleyimədir incikliyim..Xəbərini aldım..Xoşbəxtsənmiş yeni sevgililərinlə..Adımı belə unutsanmış..İnanmadım...Bilirəm, sən də mənim kimi bacara bilməzsən...Məndən başqasını sevə bilməzsən...Bilirəm, hamı düşmən olub mənə..Məni sənə nifrət etdirməyə çalışırlar..Amma bilmirlər ki,mən səndən heç v axt imtina etmərəm..Darıxa-darıxa, ürəyim qanasa belə ,sənin yoxluğunla yaşayacağam..
Getməyi seçmişdin...Mən xoşbəxt olum deyə, az kədərlənim deyə seçdin getməyi...Məni düşünərək getdin...Söz verdiyin kimi geri dönəcək və mənim yanımda olacaqsan...Məni heç vaxt buraxmayacaqsan..Sən sözünü tutursan...Gözləyəcəm sevgilim..Məzarımda belə olsam səni gözləyəcəm...