Səni gördüm necədə dəyişmisən..?!
Yadıma gəlir dünən bir cümlə işlətmişdim. `Kim deyir ki,Bakı kiçik şeher? Heç də elə deyil. Elə olsa artıq neçə aydır ki,üzünə həsrətəm. Bir təsadüf olsa səni bir dəfə görə bilsəm`. Tanrı məni söydü bugün! Bu gün səni gördüm.. Üsyanlarıma cavab verdi tanrı! Məni cəzalandırdı.. Kaş görməzdim səni bugün. O evvəlki gözəllikdən və xəliqəlikdən əsər qalmamışdı..Niyə bu hala düşmüşdün axı? Sən sanki xərçəng xəstəliyinə tutulmuş birinin 1 ay içərisində necə çürüdüyünü xatırladırdın. Tutulmuşdum səni görəndə. Amma, gözlərim yenə həmin ağrılarla baxırdı sənə. Yenə həmin hisslər,yenə eyni duyğularla. Bir neçə saniyəlik sanki nəfəs almağı unutmuşdum.. Əllərim əsirdi. Sən isə hər zamanki kimi vecsiz idin və məni önəmsəmirdin. Bəlkə də görməmişdin. Ardından çox getmədim bugün,gedə bilmədim..Qırıldı qollarım,sındı ayaqlarım,qaraldı gözlərim,öldü ruhum,itdi dəliliyim,yox oldu cəsarətim və mən yarı yolda dayandım. Geri döndüm və ölmüş bir halda səndən əks istiqamətdə yeridim. Həmin an aramızda məsafələr uzanarkən ürəyim sancırdı. Deşilirdi duyğularım, alçaldırdı mənliyimi cəsarətsizliyim. . . Bütün günü beynimi işğal etmişdin. Dözə bilmədim və yenə səni qaraladım sətirlərimin üzərinə. Qovuşmağın mümkünsüz olduğunu dərk eləmək istəməyən bu içinə tüpürdüyüm ürək hələ də saf-saf ümid edir nəyəsə,lənətə gəlsin! Və ürəyimin səsinə qulaq asmağı qərara aldım. O hıcqıra-hıcqıra səsləndi: Kim bilir,bəlkə `Bir Gün` səninlə cənnətdə mələklərin arasında qovuşduq. Amma bir şeydən qorxuram. Qorxuram ki, ora düşə bilməyim,düşsəm belə səni mələklərin arasında seçə bilməyim. Yəni bu qədər çətin və mümkünsüz hissləri yalnız ürəyinə bastırıb,iradəni hər sancıya və ağrıya qalxan etməkdən başqa çarəm qalmıR.