CV-mizdəki Qadınlar

CV-mizdəki Qadınlar
CV-mizdəki Qadınlar

CV-mizdəki Qadınlar

Dörd dəqiqədən az, qısadan da qısa bir film.
Bir qadın
Məqsədsiz gəzintilərlə Parisi əldən salıb.
Axşam düşür. O yalqızdır.
Ağır iş saatlarının yorğunluğunu sevgililər qarşılıqlı öpüşlərlə atırlar.
Yalqızlar yorğundurlar.
Hara getdiyini bilməyən qadın...
Metroya enir.
Burda həyatı dəyişəcək.
Daha doğrusu özü elə sanacaqdı.
Metroya az sonra bir oğlan girəcək və monoloqa başlayacaqdı:
“Hörmətli müsyölər və madamlar. Ümid edirəm ki, gündəlik hadisələri yaxından izləyirsiniz. Bu yaxınlarda bir jurnalda oxuduğuma görə Fransada 5 milyon subay qadın var. Amma onlar hardadırlar? Mən onların birini də görməmişəm. Üç il yarımdır ki, təkəm”.
Qatarda gülüşmə...
Oğlan monoloqunu bitirir və deyir: Mənim səmimi düşüncələrimi bölüşmək istəyən varsa diqqət çəkmədən növbəti dayanacaqda ensin. Perronda ona qoşulacam.
Qız enir qatardan.
Oğlan onun enməsini görüb kədərlə deyir: “Xanım bu bir tamaşa idi”.

CV-mizdəki Qadınlar

CV-mizdəki Qadınlar

Bu filmi sosial şəbəkələrdə paylaşdım.
Hamı qadına qarşı olan bu hərəkəti pisləyirdi amma hansının CV-sində bir qadının göz yaşları yox idi ki?
Hansı bir qadının dağınıq yatağında buraxıb getməmişdi ki?
Hansı bir qadını ağlatmamışdı ki?
Bu ölkədə özünü yüzlərlə kişi adlandıran məxluqlar qadınlarla sevişmələrini götürüb internetə yerləşdirmirmi?
Onların həyatının üstündən markerlə qara bir xəttə çəkmirmi?
Qadınları “fırlandığım”la “istədiyim” kimi iki sinifə ayırmırmı?
Qadından istədiyini alana qədər dünyanın ən yaxşı, alandan sonra dünyanın ən murdar adamına çevrilmirmi?
İstəyi gerçəkləşəndən sonra Tolstoyun belə yaza bilməyəcəyi mürəkkəb bir metamarfoza keçirtmirmi?
Təkcə eşq məsələsində deyil ki.
Qadın təkcə sevgili deyil ki.
Qısası, bu cür tamaşaları çox görmüşük.
CV-mizdəki qadınlar çox vaxt bizdən zülm görürlər.
“Kişi ağlayar, amma ağlatmaz” sözü ideal bir vəziyyəti ifadə edir.
Hər zaman uzaqda olan bir idealı...


CV-mizdəki Qadınlar


Müəllif: Qan Turalı
Əvvəlki Xəbər
RƏYLƏR
  1. SaFFron
    Əslində hamının oxumağı vacib olan bir yazıdır.Hər şeyi bir tamaşa,zarafat olsun deyə edən insanları başa düşmürəm.İnsanların hissləriylə oynamaqdı bu.Qadına mən pis baxmadım,çünki qadın bir ümid gördü,xoşbəxt olmaqçün bir ümid.Oğlanın səmimiyyətinə inandı.Qadının həqiqəti bildikdən sonra keçirdiyi hissləri anlamaq elədə çətin deyil fikrimcə.Hər kim istər oğlan,istərsə də qız,qarşındakı insanın hissləriylə oynuyarsa,qəlbini sındırarsa bunun hesabını Allaha verəcək.Heç kəsin etdikləri yanına qalmaz,ya bu dünyada,ya o biri dünyada mütləq cəzasını çəkər..Maraqlı məqaləyçün həm sizə,həmdə müəllifə təşəkkür edirəm.
  2. Laura
    • Laura
    • 17 Ekim 2015 15:13
    Çox mənalııı xəbərdii əslində belə xəbərlər oxuduqda özümdən utanıram...bilmirəm nə deyim vallah
  3. AleDa
    • AleDa
    • 17 Ekim 2015 13:26
    Dunyada bu cur kısıler olduqca qadınlar hele cox aglayar..
  4. SindireLLa
    Web Sayfası

    Maraqli idi. Oxudum. çox saqol.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.