Sev Məni...♥

25 Ekim 2015
3 940
5
Sev Məni...♥
Sev Məni...♥


Sev Məni...♥

Bu gün yenə sev məni.... Bu dəfə fərqli sev....
Hər an gedəcəkmiş kimi sev... Unudacaqmış kimi sev.....
Bilirsən, çətindi Unutmuş kimi davranmaq... Olmur axı olmur...
Hər unutduğumu düşünəndə səni xatırladan bir mahnı ilə
başlanğıc nüqtəyə qayıtmaq yorur məni....
Axı insan unuda bilmir... Axı insan bağışlaya bilmir....
Çətindi, hər döngəni burulanda səninlə rastlaşmayacağımız gerçəyini qəbul eləmək..
Çətindi köhnə qaranlıq küçələrdən sənsiz keçmək....
Həmin küçələrdəki adicə daşlar da məni sənsiz tanımır....
Heyif şansımız yoxdu artıq heçnəyə....
Ya da gəl özümüzə şans verək bir daha, unudaq hər şeyi...
Özümüzü inandıraq bu yalana....
Yenə həmin küçədən keçək sanki nə baş verəcəyini bilirmiş kimi və "tesadüfən"qarşılaşaq...Bu dəfə "qız sevgisini ilk etiraf eləməz" kimi şablon sözləri alma vecə və "səni sevirəm"de
ürəkdən - bu cəsarətin məni inandırsın ki, sən də həqiqətən sevmisən....
Bu sözlər saniyələr dəqiqələri əvəzlədikcə bütün varlığımı zəbt eləsin yavaş-yavaş....
Mən də sevim səni ürəkdən..... Məqsədsiz, insanlarsız, ağılsız, vecsiz şəkildə sevək....
Növbəti döngəyə qədər sevək... Lakin döngəyə kimi soyut məni özündən....
Səni görmədən öncəki "Mən"i mənə qaytar.... Beləcə döngənin sonunda yenə ayrılaq....
Bizi nümunə gətirməsinlər Leyli və Məcnun kimi uydurma nağıl qəhrəmanları sırasında..
Daha doğrusu gətirə bilməsinlər..
O hissi "biz"lə birgə yer üzündən silək, gətirmək istəyənlər belə hisslərimiz haqqında nəsə tapa bilməsin.....
Şair isə heç vaxt heç kimə demədiyi sözləri öz "sevgi"si adı ilə şeirlərini bəyəndirsin camaata..."Axı sevgi belə olmur" demiyək o şairə heç birimiz...
Yaşadığımız bir döngəlik sevgi elə bizim aramızda qalsın...
Heç vaxt heç kimə sevginin necə olduğunu anlatmayaq...
Bizə aid bu hisslərə paxıllıqla yanaşaq... Qoy bu ilahi hiss aramızda qalsın....
Elə bilmə yazmaq xatirinə yazıram... Yooox...
Sadəcə hər şey səni xatırladır hər səssiz olduğum anlarda...
Yoxeee olmur.. Davam eləməyə gücüm çatmır.... Yarımçıq qalır bu yazım da.....


Yarımçıq qalmış sevgim kimi.......
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sensiZ DunyaM
    Sevgi demeyin cox toxunur mene (
  2. Jessica
    Sevgiye ayit bele adi yazılar oxumaq heç beyemirem redakdede göz yorucudu
  3. AleDa
    • AleDa
    • 26 Ekim 2015 14:29
    Sozler menaı ve dusundurucudu. Ama redaktenı hec beyenmedım. Sozlerı gucle secılır. Hem reng hemde olcu duzgun deyıl mence..
  4. Demir
    • Demir
    • 26 Ekim 2015 09:57
    Gerek bu dunyada hec bir qizi sevmiyesen mesele budur
  5. -Aydan-
    --_Təşəkkürlər_--.....
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.