ღᏞტᏉᎬღ BiR♥TeK♥SeNi♥ SeVDiM ღᏞტᏉᎬღ

21 Eylül 2014
1 824
0
ღᏞტᏉᎬღ BiR♥TeK♥SeNi♥ SeVDiM ღᏞტᏉᎬღ
ღᏞტᏉᎬღ BiR♥TeK♥SeNi♥ SeVDiM ღᏞტᏉᎬღ

Yenə bir istəyimin, bir ümidim bir qanadı qırıldı...Görəsən niyə onlar azad sərbəst uça bilmirlər...Hər zaman qırılmaqları şərtmi? Niyə yaraladın ümidi? Niyə yaralandın xəyalım? Yoxsa mən qoruya bilmədim sizi? Yenə azad buraxdım sizi?Yenə qorumadım xəyallarımı boş sözlərdən, boş baxışlardan? Yaralandınmı ürəyim? Yenə mənəm günahkar? Bəlkə siz qəddar olasınız?Bəlkə daş qəlbli edəsiniz məni..?
O zaman xəyallarım mənasız olmaz...
O zaman ümidlərim sonsuz olmaz...
O zaman ürəyim də arzulamaz...Olmayan bir şey qırılarmı? İnciyərmi? O zaman ürəyim də ağramaz bilirsənmi?
O zaman baxışlarım da soyuq olar... Axtarmaz səni hər gördüyüm yerdə...O zaman düşüncələrim də məni tərk edər...Səni nə zaman görəcəyimi düşünməz... Səni nə zaman gördüyümü düşünməz...Ürəyim səni istəməz...
Yenə yaralandınız bütün hisslərim..Hər biriniz indi ağrıdan ah çəkirsiniz qəlbimdə...Artıq sizi qəlbimdə gizlətməyə çalışacam...Arzularım, dinləmədin məni,bir gün çıxdın ürəyimdən arzuladın başqasını,arzuladın...Sonra özünlə bərabər ümidimi çağırdın...Ümidim də getdi...Ümid etdi bir gün qovuşacaqsınız deyə...Sonra xəyalımı apardın...Xəyalımda onu yaşatdın...Sonra sevincimi apardın özünlə...Baxışlarınız toqquşduğu anda apardın sevincimi...Bir tək kədərim getmədi...Amma sən onu da çağırmışdın...Bu gün onu görəcəyəm düşünüb görmədiyin anlarda çağırmışdın kədərimi... Amma ümidim imkan vermədi...Bəlkə sabah görərsən dedi...Amma indi?? Hamınız yaralanmış gəlirsiniz ürəyimə??Xoş gəldiniz yaralanmış qəlbimə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.