Sən bilə bilməzsən məni...

10 Kasım 2015
1 225
3
Sən bilə bilməzsən məni...
Sən bilə bilməzsən məni...

Sən bilə bilməzsən məni...

Sən! Bilə bilməzsən məni...
Biçarə olub arxandan qaçaraq "Geri dön!" deyəcəyəimi düşündün... Və məni gözləyirdin
Y A N I L D I N !...
Səhvi edən xəyanətin əvəzini ödəməyə məhkumdur!İcazə vermirəm sənə. Layiq deyilsən mənə!Qadağan etdim özümü sənə. Və sən yenə gözləyəcəksən "bəlkə bir ümid" deyə... Yenə gəlməyəcəyəm!
Ağrılarla yaşasam da nəticə ortada. Səni düşünmürəm artıq və əmin olmalısan ki bu yazdığım da sənə SON MƏKTUBUM... Bəlkə yenə duyğularına əsir düşüb telefona sarılacaqsan... Məni axtaracaqsan ..XEYR!... Əsla etmə. Düşünmürəm və düşünməkdə istəmirəm xəyanətini... Bağışlamağı sınadım inan... Amma olmadı yalanlar içində qəribə bir sevda!. Ağla indi halına...


Sən bilə bilməzsən məni...


Nə qədər inciksənsə mənə köhnələrin yaşanmışlığı xətirinə üzr istəyərəm səndən... Uzun uzun yazardım sənə... İndi bir neçə cümləni belə çətin yazıram.. ...Sənin də eyni fikirdə olmağını məni və duyğularımı anlayıb artıq sevgi düşüncələrindən çıxmağını istəyirəm... "BİZ" deyə bir şey olmamalı artıq... Yalnız yolları ayrılan iki ürək...
İstəmirəm səni... İstəklərimi də təxirə saldım sabahları olmayan günlərimə... Həyat qazanılmış bir zəfər görünür insanlara... O zəfərdə itirən mənəm... Səni istəməklə birlikdə qeyri-mümkünü qəbul etməyə çalışdım... Yalanlarına, saxtalığına inandım... Və buna görə səni istəklərimdən çıxardım... Çata bilmədim sənə... İtkin şəhərlərin diyarına sürüdün məni... Yaram sızladı yanır!
İstəmirəm səni... unuduram yavaş yavaş keçirdiyimiz o saxta gözəllikdəki günləri... Köhnə xatirələrdən bəhs etmək istəmirəm. Onsuz da bu an ki halını təxmin edib ürəyimdəki cümlələri susdurub məntiqim istiqamətində qələmimə istiqamət verirəm...
Artıq bitirməliyəm... Son bir istəyim var səndən!... "Lütfən Düşüncələrimə Bir damla Yaş olub DÜŞMƏ..!




Sən bilə bilməzsən məni...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    gul gifin cox beyendim gozel alinmiw ellerine salik
  2. _afoRoz_
    Sevgi hekayələrini coxda sevmirem ve oxumuram yenede sagolun)
  3. -Aydan-
    .......-Buyurun-........
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.