Niyə axı həyat?

28 Kasım 2015
3 008
1
Niyə axı həyat?
Niyə axı həyat?
Niyə axı həyat?
Özlərimi ilk dəfə açıb dünyaya baxanda və ilk nəfəsimi içimə çəkəndə sevdim səni. Sənin üzünə güldüm ilk dəfə ama məni bu qədər ağladacağını bilmirdim.
Hərşeyi geridə qoyub gedirəm ən əsası da "səni”. Sən heç vaxt məni qəbul etmədin. Bunu heç vaxt dəyişdirə bilməyəcəyimi bilirəm. Yorulmuşam otağımda oturub səssizcə sənin gün
əşinin doğmağını, məni və dünyamı aydınlatmağını gözləməkdən. Bu qədər zəif olmaq istəmirəm. Səni çox sevmişdim. Çox sevmiş və çox inanamışdım.
Hər yıxılanda əlimdən tutub qaldırmağını, hər ağlıyanda göz yaşımı silməyini, hər üşüdüyümdə isti nəfəsini hiss edəcəyimi, gecə yuxudan qorxub duranda məni qucaqlayacağını fikirləşmişdim. Hər dəfə gəlməyini gözlədim ama gəlmədin...
Niyə axı həyat?

Dizlərimi yerə qoyub qışqırmağa başladım: Allahım bu dünyada yaşayacaq qədər gücüm yoxdu. Bu dünyada, bu qaranlıqda yaşamaq istəmirəm Allahım al məni yanına, yaşamaq istəmirdim ama yenə sənin üçün hər şeyə dözürdüm.
Açılacaq hər təzə gündə daha da əzab çəkirəm. Mən hər şeyin bu qədər çətin olduğunu bilmirdim.
Sənsizliyin məni bu qədər incidəcəyini bilmirdim.!!!

Niyə yanımda olmadın?
Niyə hər dəfə qışqırıb ağlayanda tutmadın əlimdən, silmədin sənin üçün axan yaşı gözlərimdən?
Niyə hər dəfə mənə çəkdirdin bütün dərdləri?
Niyə həmişə məni keçirtdin ən çətin sınaqlarından?
Niyə həmişə səni sevdiyimi bilə-bilə mənə zülm elədin?
Niyə axı? "Həyat” niyə elədin bunları mənə? Tək günahım səni sevmək və sənin də məni sevmən və qəbul etmən idi. Çox şey istədim?
Niyə axı həyat?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Maraqlı və oxunaqlı məqalə idi..
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.