-Sevmə
Sevmə.
Sevincə heç bir şey olmur çünki. Sən sevirsən deyə o da səni sevmir. Sən onun üzərinə xəyallar qurdun deyə o gəlib xəyallarını reallaşdırmır. Canın yanır. Getməz dediyin hər kəs gedir. Və yenə, gəlir dediyin kimsə gəlmir.
Mən yalnız mənim olmağını deyil, evimizdə gedərkən çıxartdığın ayaq səslərini belə xəyal etmişdim halbuki. Mənə gəlirkən ürəyimin hansı sürətlə çarpdığını belə hiss edə bilmişdim indidən. Mövsüm qış idi və mən üşüyürdüm, mövsüm qış idi və sən barmaq uclarımı istilədirdin. Mövsüm qış idi və mən səni sevirdim.
Bir gün bir şəkildə yan-yana gəlmişik, bildirmədən sevmişem səni. Kəsişmiş yollarımız biz fərq etmədən. İslaq olmuşuq dayanmadan yağan yağışda istəmədən. İkimiz olmuşuq, bir olmuşuq, sən və mən yerinə biz olmuşuq. Xəyalimdə.
Kaş ki deyirəm. Kaş ki gerçək olsaydı. Ya da kaş ki xəyal etməsəydim. Amma kim öz əlləriylə öz sonunu hazırlayar ki? Bu da mənim seçkim deyildi. Səni istəyərək sevməmişdim. Birdən sevmişdim. Yalnız sevmişdim. Mənim olmağını hər şeydən çox istəmişdim.
Olmadı.
Hər nəyise. Sən yanımda olsaydın mən həmişə gedərdim halbuki, hərçənd indi də gedirəm amma tək problem; hara gedəcəyimi bilmirəm.