Sənə gəlirəm yalnız sənə...

07 Ocak 2016
2 380
3
Sənə gəlirəm yalnız sənə...
Sənə gəlirəm yalnız sənə...


Sənə gəlirəm yalnız sənə...
Sənə gəlirəm yalnız, illərdir içimdə saxladığım və qışqırmaq üçün yığdığım sevda sözlərimlə gəlirəm.. Ya da danışmadan, tək bir söz söyləmədən, susqunluğumla gəlirəm, utanğaclığımla, gücsüzlüyümlə, səhvlərimlə gəlirəm.. yata bilmədiyim bütün yuxuları, üşüdüyüm qış səhərlərini, böhrana düşərək keçirdiyim bütün axşamları, məni yatağımdan sıçradan kabusları yığıb gəlirəm.
Arzuladığım və təxirə saldığım hər nə varsa hamısını götürüb gəlirəm. mən şərtsizcə sevirəm səni. sorğulamadan , mühakimə etmədən, dəyişdirməyə çalışmadan sevirəm.. həyatı səninlə yenidən kəşf etməyə, səninlə yaşanacaq sevdanın adsız nəfəri olmağa hazıram. Gəl sarıl mənə. Bu saxta həyatların ortasında inandığım tək gerçəyim sənsən.. günah ortağı olaq, eşq cinayətni birlikdə edək.. gəl və sarıl, sona çatsın kütlənin ortasıda əsrlərdir sürən qorxunc təkliyimiz. .
Sənə gəlirəm yalnız sənə...
Düşüncəsi belə titrədir ürəyimi, sən olmadan yaşaya bilməyəcəyəim bilirəm, sən olmadan keçəcək bir gün belə yaralasın məni, ağrıtsın ürəyimi. Başqalarının əsla görə bilmədiyi bir tək mənimlə danışan içindəki o dəli uşağı ortaya çıxartmaq üçün gəl..
Qorunmağa möhtac bir uşaq o bilirəm. Qorxma kimsənin onu incitməsinə icazə verməm.. güvən mənə… Birinə güvənmənin insanda yaradacağı o müdhiş hüzur eşidərək gəl. Gəl və ağla.. Bu qədər il çəkdiyin ağrılardan bir çırpıda sıyrılmaq üçün sarıl boyuma və ağla…
Gözyaşlarınla birlikdə axıb getsin. Səninlə ağlarım məndə.. Məndə sıyrılaram ürəyimi istismar edən şəxsiyyətsiz həyatdan… Bir tək sənə qalaram özüm olaraq. Bir tək sənə heç bir şey gözləmədən təqdim edə bilərəm mənliyimi.
Sənə gəlirəm yalnız sənə...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. MiSs-Glamour
    Qeşeng iydi teşekkürer ellerinize sağlik
  2. Tina
    • Tina
    • 7 Ocak 2016 16:17
    maraqli xebere gore tesekkurler
  3. alara
    • alara
    • 7 Ocak 2016 14:23
    inanilmaz bir sevgi buna deyil muthis ela sanki ureyimden kecenleri men deye bilmirem siz onu yazmisiz gozlerim doldu recourse feel ellerinize saqliq sevdiyiniz varsa allah hec ayirmasin hec kimi insallah winked
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.