Bax... Bunun üçün sevirəm səni...

29 Kasım 2014
1 892
0
Bax... Bunun üçün sevirəm səni...

Bax... Bunun üçün sevirəm səni...


Əlimdə deyil,
Dönüb, gəzib sənə çıxır düşüncələrim...
Səndən imtina etmənin mümkünatı yoxdur...
Ay əriyər, səhərin ilk işıqlarında və hüzünlü qaranlıqların ardından gün doğular...
Gözlərim işıl-işıl parıldayar...
Gözlərimdə sən doğularsan...Səhərim olarsan...
İçimdə min bir rəngli tarla çiçəkləri açar...

Bax... Bunun üçün sevirəm səni...


Bax...
Bunun üçün sevirəm səni...

Səni gördüyüm zaman, əllərimi əllərində tutduğun zaman..
Bilirəm ki, bütün çətinliklərə inad günüm gözəl keçəcək...

Bax... Bunun üçün sevirəm səni...


O zaman..

Bilirəm ki, yaşamaq səninlə gözəldir...
Bilirəm ki, səni sevmək demək bütün pisliklərə meydan oxumaq deməkdir...
Bilirəm ki, səni sevmək demək hər Allahın günü yenidən doğulmaq deməkdir...

Bax... Bunun üçün sevirəm səni...


Bax...
Bunun üçün sevirəm səni...

Əlimdə deyil, getdiyim bütün yollar sənə çıxır...
Getdiyim bütün yolların, addımladığım bütün küçələrin sonunda Sənə gəlirəm...
Oxuduğum, yazdığım bütün şeirlər Səni izah edir...
Dinlədiyim, söylədiyim hər mahnıda sən varsan...
Əlimdə deyil, Sənə baxdığım zaman, ürəyim həyəcanla döyünür...
Həyəcandan, sevincdən, ürəyimdə quşlar qanad çırpır, kəpənəklər uçuşur, uşaqlar gülüşür...

Bax... Bunun üçün sevirəm səni...


Bax...
Bunun üçün sevirəm səni...

Səni sevmək demək...
Hər gün yeniden doğulmaq deməkdir...



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.