Qorxmaq...
Qorxmaq..
Öz gizlətdiyini axtarmaqdan
və üzləşəcək cəsarət tapa bilməməkdən..
Bilmək ki , bu , böyük bir qasırğanın ortasına düşmək olacaq..
O qasırğa ki , qarşısında dayanacaq gücün yox
Və o bağça ki , narin çiçəkləri səni qorumaqdan aciz.. Susmaq
İncindiyin halda...
Və dəli kimi sevdiyin üçün
Susaraq sevməkmi olar demə , dost
Sən danışaraq üzən gördünmü ?
Əgər sevirsənsə bir dənizi və qovuşmaq gəlirsə içindən
Əbədi susmağı qəbullanmış olmalısan çoxdan.. Ağlamaq..
Əsla sənin olmayan bir xəyal üçün
Və getmək
Başqasının qoxusunu daşıyan dodaqları bir daha görməmək üçün..