Sevgili olmağın 10 faydası
Sevgili olmağın zərərləri və faydaları uzun müddətdir cəmiyyətdə mübahisə doğuran məsələlərdən biridir. Sevgi münasibətlərinin bir çox faydası var.
1. Heç vaxt tək qalmamaq: Dostlarınla görüşəcəkdin, amma işləri çıxıb. Tək qalmaqdansa, evdə sevgilinizlə film seyr etmək və pizza yemək daha yaxşı olardı.
2.Həmişə sizin yanınızdadır: Həmişə arxanızda dayanan, sizi müdafiə edən və sevən adam sevgilinizdən başqa kim ola bilər? Ananızla problem olanda, iş yerində çətinlik... Hər nə olsa da, o orada olacaq və çətinliklərinizə şərik olacaq.
3. Özünü etibarda hiss etmək: Biri sizi sevirsə, yaxşı gündə, pis gündə yanınızdadırsa, özünüzə olan güvəniniz artar. Təbii ki, tək olsanız da etibarda hiss edə bilərsiniz, amma yenə də qatqısı var.
4. Səmimiyyət: Çox pis bir gündən sonra ona sarılmaq və ya yanında yatmaq sizə rahatlıq verər və pis gününüz xoşbəxt sonla bitər.
5. Köməkçi: Məktəbdəsinizsə kitablarınızı daşıyar və ya avtomobilinizdə problem yaranıbsa öz avtomobiliylə sizi aparar. Sevgiliniz əslində sizə həmişə kömək edir, amma bunlar bir müddət sonra normal gəlməyə başlayanda çox da gözə görünmür.
6. Gigiyena: Sevgiliniz varsa, özünüzə daha çox baxırsınız.
7. Dünyaya fərqli baxış: Aşiq olanda dünyanı əvvəlki kimi soyuq və durğun görmürsünüz. Sevgi elə bir şeydir ki, ən pis ssenarinin belə yaxşı tərəfini görmək üçün imkan yaradır. Daha müsbət bir insana çevrilirsiniz.
8. Özünü sübut etmək məcburiyyətində deyilsən: Artıq münasibətdəsən. Çox makiyaj və baxıma ehtiyac yoxdur. Onsuz da birlikdəsiniz, ona görə ona gerçək üzünü göstərməyin daha xoş deyilmi?
9. Araşdırmalara görə sevgili olanda stressdən daha uzaq olursunuz. Bunun üçün sonsuz səbəb var amma ən əhəmiyyətlisi həyatında həmişə səni sevən birinin olmasıdır. Daha az sirr saxlayırsan, dostlarına və ailənə deyə bilmədiyin şeyləri onunla paylaşırsan. Bu həm səni rahatlaşdırır, həm ikinizin arasındakı bağlılığı gücləndirir.
10. Sevgi və qoruma: Həyatında üç şeyə ehtiyacın var-hava, su və yemək. Amma bunlar sadəcə səni yaşadır, həyatı yaşatmaz. Bu ünsürləri bir adamla bölüşmək və dadını çıxarmaq həyatın təməllərindən biridir. Onu hər gün görmək həyatına xoşbəxtlik qatır və sevgi ilə sarıldığını bilirsən. Ən əhəmiyyətlisi isə xoşbəxt olursan.