Yağış Yağır Yuxuma - Şeir

01 Ekim 2021
2 843
0
Yağış Yağır Yuxuma - Şeir
Yuxuma girsin yağış,
Yağsın hey dayanmadan.
Sonra sən...
Gəl qovuşaq,
Yuxudan oyanmadan...
Bizə yaxın gəlməsin,
Nə ayrılıq, nə həsrət,
Yuxuma gəlməsin qoy,
Köksümü cızan möhnət.
Yuxuma gəl...
Qovuşaq..
Dəysin məə əllərin..
Yağan yağışın altında,
Xəyal quraq,
nələrin...
Toxunsun dodaqların,
Öcə islaq telimə,
Sonra nəfəslərimiz,
Qarışsın bir-birinə...
Yuxuma gəlsin yağış,
Dönüm dümana, çənə.
Sonra səni gətirsin,
Səni gətirsin mənə..


Fərqanə Yusifqızı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.