Mən vidalaşmağı belə bacarmıram - Əlvida!

17 avqust 2019
1 660
0
Mən vidalaşmağı belə bacarmıram - Əlvida!
Mən vidalaşmağı belə bacarmıram. Duyğularımı açıqlamağı da həmçinin. Hələdə bu son görüş günü olan əlvida kəlməsi çox acılı gəlir. Əslində heç bu cür bir son görüşməyə gərək yoxdur. Amma insanın qanı durmur. Nə var bu son anlarda?

Səndən məni xatırlamanı belə istəmirəm, sadəcə təmizliyini və saflığını yaşadaq bu sevginin qəlbimizin dərinliyində. Nə gözəl başlanmışdı. İkimizdə gənc idik, coşqunluğumuzun son səhifəsində qanımızın qaynadığı bir anda gördük bir-birimizi, sevdik.

Gecələr boyu yuxusuz qaldıq bir-birimizi düşünməkdən, ən gözəl həyəcanları, ən gözəl baxışları yaşadıq. Həmin eşqi yaşadıq, zamanı durdurub həyatın gözəl anlarını birgə yaşadıq. İncikliklərin də ən gözəllərini biz yaşadıq. Çünki barışmaqda ayrı bir zövq verərdi bizə. Sevdik, sevildik.

Sevgi əhdi bağladıq əhdə sadiq qalmayacağımızı bilə-bilə. Günlərcə aylarca yalnız ikimiz varmış kimi yaşadıq. Nə yan baxan gözlərə, nə qarşı çıxan böyüklərə, nə də dost sözünə aldandıq. Öz atəşimizdə yandıq, ən önəmlisi isə bir-birimizi anladıq.

Romantik nəğmələri yaşadıq səninlə sərin axşamlarda. Ən gözəl çiçəkləri verdin mənə. Röyalarda belə yalnız ikimiz var idik. Gerçək sevgini daddıq bunu səndə bilirsən. Elə isə həminki duyğular qalmalı deyilmi? Biz birlikdə olmasaq da… gözəl başlayan çox gözəl yaşanan bu eşqi eyni təmiz duyğularla bitirməliyik. İndi də ayrılığın ən gözəlini ən acısını yenə biz yaşayırıq…


Nə deyirsən bu da Allahın bir lütfü deyilmi bizim üçün? Sil göz yaşlarını. Nədən göz yaşların mənimkilərlə yarışır? Sən mənim sadiq qocaman sevgilim deyilsənmi? Səni daim bu cür xatırlamaq istəyirəm. Artıq sil göz yaşlarını.

Hava da qaralmaq üzrədir. Zaman bizim üçün sanki səhəri açmazdı. Yenə əvvəlki kimi olmamızı istəyir hər halda. Demək ki, ayrılmağımızı istəyirsən. Son olaraq isə kiçik bir istəyim olacaq səndən. Arxana dönüb gözü yaşlı gözlərin ilə mənə baxma oldumu. Hər şey burdaca bitsin.

Əlvida!…..
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qafqazda ən böyük cinsi orqan gürcülərdə, ən kiçik isə ermənilərdədir - YENİ DÜNYA STATİSTİKASI
17:00
0

Qafqazda ən böyük cinsi orqan gürcülərdə, ən kiçik isə ermənilərdədir - YENİ DÜNYA STATİSTİKASI

Bi Papatya Yazılı Şəkilləri 2019 (12)
15:00
81

Bi Papatya Yazılı Şəkilləri 2019 (12)

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?
14:00
98

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?

Bürclərin Acı İntiqamı - Fotolar
13:00
196

Bürclərin Acı İntiqamı - Fotolar

Yuxu gətirən qidalar
12:00
68

Yuxu gətirən qidalar

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept
11:00
93

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)
10:00
417

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)

Tarixdə Bu Gün - 15 Sentyabr
09:00
55

Tarixdə Bu Gün - 15 Sentyabr

Qısqanc Yazılı Şəkilləri 2019 (4)
21:00
999

Qısqanc Yazılı Şəkilləri 2019 (4)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ