Mən səni unutmalıyam can parçam..

16 Ağustos 2019
3 368
0
Mən səni unutmalıyam can parçam..
Mən səni unutmalıyam can parçam.. Bax deyirəm bəlkə qovuşduq. Bəlkə.. Amma heç düşünmürəm ki, məni sevən adam uğrumda savaşardı. Məni yenidən əldə etmək üçün hər şeyi ed ərdi. Hansı ki, "sənə bir şey olsa ölərəm mən" deyən adam qorxaqdı. Özüdə çox. Sevgisinə sahib çıxa bilməyəcək qədər qorxaqdı. Ancaq mən sevdiyim adamın bu qədər qorxaq olduğunu bilmirdim. Özüdə heç.. Soruşmaq istəyirəm nə zaman yanımda oldun.? Nə zaman məni sevdin.? Nə zaman ağladığmda göz yaşlarımı sildin? Nə zaman "ağlama bu da keçəcək mən sənin yanlndayam" dedin.? Sən heç məni sevmədin. Ağlamaqdan nəfəsimin kəsildiyi gecələrdə sən şirin yuxularında idin. Mənsə hər gecə əzab çəkdim.. Hər gecə yuxusuz qaldım. O ağlamaqdan yuxusuz qaldığım 1 gecəyə dəydimi heç? Sən olsan hələdə özünü sevərdin?

Darıxmaq çox çətindi. İçin içini yeyir ancaq görə bilmirsən. Sanki görsən nolur ki? Üzünə belə baxmadıqdan sora.. Mən heç sarılmadığım adama sarılmaq üçün darxıram..

O gün, ən çox o gün darxdım. Titrək əllərimlə rəsminə toxundum. Sonra öpüb ürəyimin üstünə qoydum. Heç sən bu qədər darıxmısan mənim üçün? Heç sən məni bu qədər sevmisən?

Bir gün qarşına keçmək istəyirəm, gözlərinə baxmaq qorxmadan çəkinmədən. O an ağlayacam bilirəm. Sonra sənə olan bütün sevgimi danışmaq istəyirəm. Bütün hamısını. Çəkdiklərimi , ağladığım yuxusuz gecələrimi, içmdə qopan fırtınaları hətta əlimdə olsa ürəyimi çıxarıb ortaya qoymaq istəyirəm. Bax sən məni bu qədər qırdın, bax mən bu qədər incidim.,bax məni belə məhv ettin, bax sənə bu qədər ehtiyacım oldu amma sən yanımda olmadın, bax sən belə birisən demək istəyirəm. Sonra sənə sarılmaq istəyirəm. Heç vaxt sarılmadığım adama ilk və son dəfə sarılmaq istəyirəm. Heç vaxt buraxmayacaqmış kimi sarılmaq. Ayrıldıqda isə gözlərinə baxıb gülümsəyərək məni məhv ettin deyib çıxıb getmək istəyirəm. Çünki sən həqiqətən içimdəki qadını məhv ettin. O qadını sağaldacaq kiminsə olduğunu düşünmürəm heç. Yaranı sağaldacaq olan onu qanadandır. Sənsə artq bu yaraya toxunsan daha dərinləşəcək. Sənə deyəcəyim tək şey özünlə qürur duy. Heç kəsin edə bilmədiyini ettin..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.