Senli Sensizem..:((

11 Ocak 2015
6 431
0
Senli Sensizem..:((
Senli Sensizem..:((

Yenə tək…yenə mən və yenə bu 4 divar…


Üşüyürəm……yox yox, mənə soyuq deyil….sadəcə tənhayam…sənli sənsizəm….


Qəribədi elə deyilmi? Sənli sənsizəm…bu 2 sözün birləşməsində o qədər dərin bir anlam varki…

O iki sözün birləşməsində cavan bir qızın həyatı var…onu əks etdirən həyat….


Niyə məhz sənli sənsiz? Çünki varsan, amma əslində yoxsan….Bilirəm ki mövcudsan. Bir-birimizdən agahıq, amma sənlə olsam da sənsizəm. Çünki sən sənin olduğunu, mənim yanımda olduğunu göstərmirsən. Danışırıq..hiss eləyirəm ki, ikimiz də adicə danışırıq, heç bilmirik belə nə danışırıq, söz tapa bilmirik, sadəcə boş-boşuna hər dəfə danışırıq.
Nə olsun mənimləsən, amma yanımda deyilsən axı…
Mən özlüyümdə bilmirəm ki sən mənimsən ya yox. Amma mən səninəm…Çünki tək sənə bağlıyam…Ürəyimi sənə etibar eləmişəm..hər pis anında yanına qaçmışam, sənə dayaq, arxa olmuşam…Sən isə həmişə mənim pis vaxtımda məni yalnız qoymusan…Nə mənasi belə davam eləməyin?!Ondansa səni rahat buraxım…GET…Söz verirəm arxama belə baxmayacam…Üzüləcəm, əzab çekəcəm, amma belə davam etməyin heç bir anlamı qalmayıb, bir varki bilim sənli sənsizəm, birdə varki elə sənsiz olum…Məncə tək bir söz bəsdi! Qayıtmaq istəsən xahiş eləyirəm qayıtma!!! Çünki bu ürək dözmür artıq ağrıya, dözmür artıq qəmə. Yaşayaram səndən, uzaq səndən ayrı, amma bilərəm ki, mənim deyilsən, onsuz da həmişə elə olub, tək olmuşam, tək, sənsiz olmuşam…..
Sənli sənsiz olmuşam…amma indi artıq
SƏNSIZƏM…..!!!

http://upload.az/foto/arxiv/1266504041_33.gif

R.T..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.