Azərbaycanda quldur dəstə zərərsizləşdirildi (VİDEO)

24 Ocak 2015
1 252
0
Azərbaycanda quldur dəstə zərərsizləşdirildi (VİDEO)
Azərbaycanda quldur dəstə zərərsizləşdirildi (VİDEO)

İstintaq araşdırmaları dəstənin digər cinayətlərini də üzə çıxarıb
Sumqayıtda bir neçə evə girərək quldurluq etmiş dəstə zərərsizləşdirilib.

ANS TV-nin məlumatına görə, 9 nəfərdən ibarət mütəşəkkil dəstə Sumqayıt şəhər sakini Abdullayev Rafiq Mütəllim oğlunun evinə girib və ondan hədə-qorxu yolu ilə pul tələb edib. Bu əhvalat 2013-cü il yanvar ayının 16-da baş versə də, cinayətkar dəstəni bu vaxta qədər tam şəkildə zərərsizləşdirmək mümkün olmayıb. Doğrudur, onların bir neçə üzvü artıq həbs olunub. Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyatçıları Rafiq Abdullayevə qarşı quldurluq etmiş dəstənin daha iki iştirakçısını-Sumqayıt şəhər sakini Hüseynov Taleh Aftandil oğlu və Lənkəran rayon sakini İslamov İlkin Gülbaba oğlunu ələ keçirib.

Sumqayıt ŞPİ-nin müstəntiqi Abbas Mustafayevin sözlərinə görə, dəstə üzvləri Abdullayev Rafiqin evinə girərək özlərini sığorta şirkətinin əməkdaşı kimi təqdim edib. Daha sonra ev yiyəsinin əl-qolunu bağlayaraq onu bıçaqla öldürməklə hədələyiblər. Müstəntiq dəstə üzvlərinin evdən 15 min manat pul və müxtəlif qızıl-zinyət əşyalarını ələ keçirdikləri deyir.

Saxlanılan şəxs İlkin İslamov ev yiyəsini hədələyərək ondan pulun yerini sorucduqlarını və beləliklə pulu ələ keçirdiklərini deyir.

İstintaq araşdırmaları dəstənin digər cinayətlərini də üzə çıxarıb. Bildirilir ki, əsasən Taleh Hüseynovun təklifi ilə planlaşdırılan cinayətkar dəstə beşdən çox evə soxulub. İstintaqın gedişi zamanı onların digər cinayətlərinin ortaya çıxacağı da istisna deyil.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.