Müğənni evini satışa çıxardı

24 Ocak 2015
1 691
0
Müğənni evini satışa çıxardı
Müğənni evini satışa çıxardı

Hamilə sənətçi villasını 3 dəfə satmaq istəyib
İkinci övladına hamilə olan məşhur müğənni evini satışa çıxarıb. ANS PRESS-in məlumatına görə, futbolçu Pike ilə birikdə olan dünya şöhrətli ifaçı Şakira Mayamidəki evini yenə satmaq qərarına gəlib.

Cütlüyün evi Mayamidə yerləşir.

Şakira bu möhtəşəm villanı daha öncə də iki dəfə satışa çıxarıb. Lakin uzun müddət alıcı tapılmadığı üçün fikrindən daşınmışdı.

37 yaşlı müğənni bu dəfə evin qiymətində güzəştə gedib. Belə ki, o dəbdəbəli sahildə yerləşən nəhəng evinə 13 milyon dollar qiymət qoyub.

Qeyd edək ki, evin əvvəlki qiyməti 14,95 miyon dollar idi.

Xatırladaq ki, cütlüyün Milan adında 2 yaşlı oğlu var. Bir necə aydan sonra onlar ikinci uşaqlarını qucaqlarına alacaqlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.