Kamera ruhu belə çəkdi - VİDEO

05 Şubat 2015
1 760
0
Kamera ruhu belə çəkdi - VİDEO
Kamera ruhu belə çəkdi - VİDEO

ABŞ-ın Aydaho ştatında müşahidə kamerasında düşən görüntü sakinlərdə təşvişə səbəb olub. Məktəblərin birində peyda olan qeyri-adi varlıq ölkədə böyük səs-küyə səbəb olub. Sosial mediyada geniş müzakirələrə səbəb olan görüntülərin nə qədər etibarlı olub-olmadığı dəqiqləşdirilir. Bununla belə, yerli mediya müşahidə kamerasının lentə aldığı kadrların saxta olmadığını bildirir.

ATVxəbər.az bildirir ki, günorta saatlarında baş verən olayda otaqların birindən insan formalı şəffaf varlığın yeriyərək çıxdığı öz əksini tapır. Şəffaf varlıq dəhlizdə iki addım atdıqdan sonra gözdən itir. Bu ərəfədə işıqların heç bir səbəb olmadan sönüb, yanması diqqət çəkir. Görüntülər elə bir xof yaradıb ki, hətta ruha inanmayan da, belə bir fövqəl-təbii qüvvənin olduğuna artıq şübhə etmir.

Məktəb rəhbərliyi məsələyə aydınlıq gətirə bilmədiyindən, görüntülər təhlil olunmaq üçün mütəxəssislərə təqdim olunub. Dərhal əraziyə gələn Elmi Paranormal İstintaq araşdırma təşkilatının üzvləri kameraya düşən məxluqun ruh olduğunu təsdiqləyib.
Son 7 il ərzində 3 dəfə eyni məktəbdə ruhun peyda olduğu ilə bağlı xəbər aldıqlarını xatırladan Con, təhsil ocağında ətraflı araşdırılma aparılmasının zəruriliyini vurğulayıb. Tələbələr görüntülərdən dəhşətə gəldiklərini gizlətmir, bununla yanaşı davamiyyətdə azalmanın olduğu da diqqətdən qaçmır.



RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.