Polisi işdən qovdurmaq üçün hiylə qurdu - məhbusun fırıldağı-VİDEO

01 Mart 2015
1 286
0
Polisi işdən qovdurmaq üçün hiylə qurdu - məhbusun fırıldağı-VİDEO
Polisi işdən qovdurmaq üçün hiylə qurdu - məhbusun fırıldağı-VİDEO

Polisləri çətin vəziyyətə salıb, özü bir addım irəli düşmək istədi. Amma yediyi yumruqlar elə özünə qaldı. ABŞ-da bir məhbusun polisləri işdən qovdurmaq, azadlığa çıxmaq üçün çıxardığı oyun bütün dünyanın marağına səbəb olub. Müşahidə kamerasının anbaan lentə aldığı görüntülər məhbusun fırıldağını öz əleyhinə sübuta çevirib.
ATVxəbər.az bildirir ki, Oreqon ştatında qanunları pozduğu üçün nəzarətə götürülən Aleksandr Tomasevski son vaxtlar polislərin ictimai qınaq obyektinə çevrilməsindən istifadə edərək azadlığa çıxmağa çalışıb. Bunun üçün o öz-özünü döyərək, sifətini tanınmaz hala salıb və polislərə iftira atıb. Asayiş keşikçilərinin onun həyatına qəsd etdiyini irəli sürüb.

Yoldan keçən qadınlara söz atdığına görə haqqında 20 günlük həbs qərarı çıxan Aleksandrın polislər tərəfindən döyüldüyünə inanmayan rəhbərlik, onun saxlandığı otağın yaxınlığında gizli şəkildə kamera yerləşdirib. Görüntülərdə var gəl edən məhbusun tez-tez öz sifətini yumruqladığı, gözünün altını göyərtdiyi öz əksini tapır. Faktin üstünün açılması azadlığa çıxmağı çox istəyən Aleksandrı azdan da məhrum edib. O şər atdığı və yalan məlumat verdiyi üçün daha 20 gün azadlıqdan məhrum edilib. Və 100 dollar cərimələnib.


R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.